11 Aprel 2016 05:04
114
SİYASƏT
A- A+
Sultan Xəttab: Azərbaycan döyüş qabiliyyətli və yaxşı təchiz edilmiş müasir ordu yaratmağa müvəffəq olub

Sultan Xəttab: Azərbaycan döyüş qabiliyyətli və yaxşı təchiz edilmiş müasir ordu yaratmağa müvəffəq olub

Son günlər Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan arasında vəziyyətin kəskinləşməsi, təmas xəttində silahlı toqquşmalar və Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın provokasiyasının nəticəsi olub. Bunu İordaniyanın tanınmış ictimai xadimi, politoloq və yazıçı Sultan Xəttab AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində söyləyib.

O deyib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illər dondurulmuş vəziyyətdə olub.

S.Xəttab deyib: “Qeyd edim ki, həmin münaqişədə Azərbaycan xalqına qarşı çoxlu cinayətlər törədilib, ədalətsizlik olub, zülm edilib. Azərbaycanlılar sadəcə etnik əlamətə görə məhv edilib, dinc sakinlər tarixi torpaqlarından zor gücünə didərgin salınıb. Amma hamıya məlumdur ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, bunu tarixi arxiv sənədləri də təsdiq edir.

Əminəm ki, Azərbaycan xalqı torpaqlarının geri qaytarılması istiqamətində səylərini davam etdirəcək. Zənnimcə, Dağlıq Qarabağ problemi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması barədə ədalətli qərar qəbul olunana qədər davam edəcək. Hazırda dünya birliyi Azərbaycanın 20 ildən çox davam edən gözləntilərini doğrultmaq üçün bu köhnə münaqişəni nizama salmaq səylərini artırmalıdır.

İndiki halda müxtəlif beynəlxalq təşkilatlardan, o cümlədən İslam Əməkdaşlıq Təşkilatından (İƏT) və Azərbaycanla dostluq münasibətləri olan bir çox ölkələrdən Azərbaycanı dəstəkləmək, münaqişənin hərbi qarşıdurmaya çevrilməməsi, tam miqyaslı həllinin tapılması üçün təsir göstərmək tələb olunur. Beynəlxalq birlik beynəlxalq təşkilatların qətnamələri əsasında ciddi danışıqların yenidən başlanması səylərini də fəallaşdırmalıdır”.

Azərbaycan ordusunun hərbi hazırlıq məsələsinə toxunan S.Xəttab deyib: “Bu yaxınlarda strateji baxımdan mühüm olan bir neçə yüksəkliyin və Dağlıq Qarabağın bəzi yaşayış məntəqələrinin azad edilməsi faktı döyüş hazırlığının yaxşı olduğunu göstərir. Azərbaycan müstəqilliyini əldə edəndən sonra ordu quruculuğu ilə fəal məşğul olub, onu keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Son illər ölkə bütün sahələrdə dinamik inkişaf edib, Azərbaycan rəhbərliyi neftdən gələn gəlirləri müdrikcəsinə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və sosial əhəmiyyətli layihələrə yatırıb. Azərbaycan döyüş qabiliyyətli və yaxşı təchiz edilmiş layiqli müasir ordu yaratmağa müvəffəq olub. Azərbaycanın öz torpaqlarını azad etmək imkanı var, amma Azərbaycan sülh yolu ilə həll variantına tərəfdardır. Sevindirici haldır ki, bu gün Azərbaycanın iqtisadi gücü və hərbi qüdrəti, ən başlıcası isə milli birliyi və ölkə daxilində mütəşəkkilliyi var. Azərbaycan böyük potensial imkanlara sahibidir. Ölkənin inkişafının bütün istiqamətlərində tərəqqi müşahidə edilir, halbuki Ermənistan hər baxımdan zəifdir. Bununla yanaşı, bütün bu müddət ərzində Azərbaycan ölçülüb-biçilmiş düzgün xarici siyasət yürüdərək, regiondakı qonşu ölkələrlə və dünyanın aparıcı dövlətləri ilə möhkəm münasibətlər qurmağa nail olub. Bütün bu amillər Azərbaycana öz hüquqlarını və milli maraqlarını müdafiə etmək, işğal edilmiş ərazilərin beynəlxalq normalar çərçivəsində azad olunmasını tələb etmək imkanı verir”.

S.Xəttab Ermənistanın cəbhə xəttində törətdiyi provokasiyalarla əlaqədar İƏT-in son bəyanatını şərh edərək deyib ki, bu sənəd təşkilatın ilk qətnaməsi deyil. O vurğulayıb ki, İƏT Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı xeyli bəyanat qəbul edib, onu işğal edilmiş bütün ərazilərdən qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb. S.Xəttab deyib: “İslam təşkilatı Ermənistanın təcavüzünü və onun daimi provokasiyalarını həmişə pisləyib. İƏT Azərbaycan xalqının soyqırımını da yekdilliklə pisləyib. Eyni zamanda, ölkənizlə dostluq münasibətləri olan ərəb ölkələri – İordaniya, Mərakeş, körfəz ölkələri və başqaları həmişə öz bəyanatlarında, yüksək səviyyədə görüşlərində, Azərbaycan XİN-in başçısı ilə görüşlərində, müxtəlif qarşılıqlı səfərlər çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini təsdiq ediblər, zəbt olunmuş torpaqların erməni işğalçılardan təmizlənməsinə tərəfdar olduqlarını bildiriblər, regionda sülhü və sabitliyi möhkəmləndirmək üçün səylər göstəriblər. Bütün bunlar müsəlman ölkələrinin bu məsələdə konsensusunu nümayiş etdirir. Bu gün ərəb və müsəlman dünyası Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyən birmənalı mövqeyini həmişəkindən daha aydın göstərməlidir”.

İordaniyanın Azərbaycanın mövqeyinə münasibətindən danışan Sultan Xəttab bildirib ki, İordaniya ərəb və müsəlman dünyasının bir hissəsi, İƏT-nın üzvü kimi, Ermənistan-Azərbaycan münaqişəsinin lap başlanğıcından həmişə Azərbaycanı dəstəkləyib. Bu dəstək bütün səviyyələrdə müxtəlif formatlarda, o cümlədən İordaniya cəmiyyəti, hökuməti, senatı, parlamenti, partiyaları və s. səviyyəsində təsdiq edilib. İordaniya Azərbaycanın ədalətli mövqeyinə inanır və hesab edir ki, Ermənistan Azərbaycanın işğal edilmiş bütün torpaqlarından çıxmalıdır. İordaniyanın bu məsələ ilə bağlı mövqeyi dəfələrlə müvafiq bəyanatlarda əksini tapıb, habelə dövlət başçılarımızın yüksək səviyyədə görüşləri zamanı ifadə olunub. Qeyd edim ki, Azərbaycan da müstəqil Fələstin dövlətinin yaradılması məsələsində İordaniyanın, ərəb və islam dünyasının digər ölkələrinin yanında olub”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin siyasətinə toxunan politoloq bildirib ki, beynəlxalq birlik Azərbaycanın siyasətinə böyük hörmətlə yanaşır və onun Ermənistanla problemin sülh yolu ilə həllinə tərəfdar olmasını yüksək qiymətləndirir. S.Xəttab sonda deyib: “Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq məkanlarda münaqişənin sülh yolu ilə həllinə maksimum səylər göstərir və beynəlxalq təşkilatların (BMT TŞ, BMT Baş Məclisi, İƏT və başqaları) işğal edilmiş ərazilərin azad olunmasına çağıran qətnamələrinin qəbul edilməsinə müvəffəq olub.

Qeyd edim ki, Azərbaycan öz iqtisadi və hərbi qüdrətindən istifadə edib münaqişəni kəskinləşdirə bilərdi, amma o, sülh ilə həll yolunu seçdi. Odur ki, beynəlxalq birlik də Azərbaycanın sülhsevər mövqeyini yüksək qiymətləndirir. Əslində Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə müdrik siyasət yürüdür və müntəzəm olaraq öz hüquqlarını qoruyur. Sonda demək istəyirəm ki, Azərbaycanın beynəlxalq arenada böyük nüfuzu və möhkəm mövqeləri var. Bu da ölkənin milli mənafeyinin təmin olunmasında və işğal edilmiş ərazilərinin azad edilməsində böyük rol oynayır”.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!