12 Oktyabr 2026 16:24
166
CƏMİYYƏT
A- A+
Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   


Erməni lobbisinin diktəsi ilə hərəkət edən dairələrin ölkəmiz əleyhinə çirkin kampaniyaları uğursuzluğa düçar olacaq 


    Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar fonunda xaricdəki bəzi dairələrin qərəzli və təxribat xarakterli cəhdləri səngimək bilmir. Erməni lobbisinin və diaspor təşkilatlarının,  Amerikanın Erməni Milli Komitəsinin (ANCA) birbaşa diktəsi ilə fəaliyyət göstərən bir qrup konqresmenin oktyabrın 5-də dövlət katibi Marko Rubioya ünvanladığı müraciət ölkəmiz əleyhinə növbəti çirkin kampaniyanın təzahürüdür. Sülh prosesinə açıq-aşkar zərbə vurmaq niyyəti güdən bu müraciətin detallarına nəzər saldıqda anti-Azərbaycan şəbəkəsinin əsl məqsədi aydın şəkildə üzə çıxır. 

    Müraciətdə yer alan iddialar həqiqətdən uzaq, faktların təhrif edilməsinə əsaslanan müddəalardan ibarətdir. Sənəddə Bakıda “erməni əsirlərin qanunsuz saxlanılması”, “xristian-erməni irsinin məhv edilməsi” və “Ermənistan torpaqlarının işğal olunması” kimi əsassız ittihamlar da yer alıb. Halbuki Bakıda layiq olduqları cəzanı çəkən erməni məhbuslar iddia edildiyi kimi “siyasi və hərbi liderlər” yox, Azərbaycanın suveren ərazisində qanunsuz separatçı rejimdə təmsil olunmuş, onları himayə etmiş, mülki əhaliyə qarşı müharibə cinayətləri törətmiş şəxslərdir. Onların məhkəmə prosesləri bütün beynəlxalq hüquqi standartlara, müdafiə hüquqlarına və şəffaf sübutlara söykənərək həyata keçirilib. 

    Bununla yanaşı, Azərbaycanın guya “qonşu ölkə ərazisini işğal etməsi” ittihamı ikitərəfli delimitasiya və demarkasiya prosesinin mahiyyətinə kölgə salmaq niyyəti güdür. Halbuki Bakı Ermənistanın ərazi bütövlüyünü tanıdığını daim bəyan edib və sərhədlərin dəqiqləşdirilməsi yalnız ikitərəfli dialoq müstəvisində həyata keçirilir. Bu mənada konqresmenlərin reallıqdan uzaq bu cür iddiaları iki dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, regionda yenidən gərginliyin körüklənməsinə xidmət edir. 

    ABŞ Konqresinin qərəzli və təxribatçı addımı cavabsız qalmayıb. Milli Məclisin deputatları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri amerikalı qanunvericilərə etiraz məktubu ünvanlayaraq tarixi və hüquqi reallıqları onların diqqətinə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan otuz ildən artıq müddətdə torpaqlarının 20 faizinin işğalından əziyyət çəkib, 20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox insan didərgin düşüb və 4010 nəfərin taleyi hələ də naməlumdur. Xocalı soyqırımı kimi dəhşətli faciələri yaşayan bir xalqın hüquqlarını gözardı edərək, təcavüzkarı “məsum” göstərmək mənəvi və siyasi riyakarlıqdır. 

    Mədəni irs məsələsində birtərəfli mövqe tutan konqresmenlər otuz illik işğal dövründə Ermənistanda və keçmiş işğal olunmuş torpaqlarımızda Azərbaycanın yüzlərlə məscidinin, ziyarətgahının və qəbiristanlığının vəhşicəsinə yerlə-yeksan edilməsini görməzdən gəliblər. 

    Bu gün regionun qarşısında duran ən böyük problemlərdən biri minalanmış ərazilərdir. Keçmiş işğal zonalarının 13 faizində basdırılmış 1,5 milyona yaxın mina və sursat 2020-ci ildən bəri 440-dan çox insanımızın həyatına və sağlamlığına qəsd edib. Mina təhlükəsi eyni zamanda insanların doğma yurdlarına qayıdışını da ləngidir. O baxımdan, konqresmenlərin saxta ittihamlar irəli sürmək əvəzinə, humanitar minatəmizləmə fəaliyyətinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına dəstək vermələri daha yaxşı olardı. 

    Məktubda ABŞ hökumətindən Azərbaycanla hərbi əməkdaşlığın tamamilə dayandırılması və “Azadlığa Dəstək Aktı”na bədnam 907-ci düzəliş üzrə tətbiq edilən istisnanın ləğvi də tələb olunur. Konqresmenlərin bu addımı xüsusilə ABŞ Prezidenti Donald Trampın ikinci hakimiyyəti dövründə atılmış konstruktiv addımlara açıq-aşkar kölgə salmaq məqsədi daşıyır. Məlum olduğu kimi, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşü zamanı məhz Ağ Ev tərəfindən bu məhdudiyyətlərin qüvvəsi dayandırılıb və 2026-cı ilin iyulunda prosesin davam etdiriləcəyi bəyan olunub. Lakin ermənipərəst konqresmenlər əldə olunmuş diplomatik irəliləyişlərə zərbə vurmağa çalışırlar. 

    Ən mühüm məsələ odur ki, bütün ədalətsizliklərə və ağrılı keçmişə baxmayaraq, rəsmi Bakı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda davamlı sülhün və tərəqqinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə təməli qoyulan sülh prosesi 2025-ci ilin avqustunda Vaşinqton sammitində Prezident Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması regional inteqrasiyaya böyük təkan verib. Bununla yanaşı, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı başlanıb, TRIPP kimi nəqliyyat layihəsi bütün Cənubi Qafqaza iqtisadi canlanma vəd edir. Belə bir məqamda “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi tamamilə ləğv edilməlidir. Çünki bu maddə artıq öz köhnəlmiş mahiyyətini itirib, geosiyasi reallıqlara cavab vermir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının tam potensialının reallaşmasına süni maneə yaradır. 

     Konqresmenlərin erməni lobbisinin diktəsi ilə atdığı təxribatçı addımlar Cənubi Qafqazda əldə olunmuş kövrək sülhə zərbə vurmaq məqsədi güdür. Ancaq bu cür cəhdlər tamamilə əhəmiyyətsizdir və regionda bərqərar olan yeni reallıqları dəyişmək gücündə deyil. Erməni lobbisinin çirkin maraqlarına xidmət edən belə  əsassız təşəbbüslər nə rəsmi Bakının qətiyyətli sülh iradəsinə təsir göstərə, nə də regionda formalaşan iqtisadi və siyasi nizamın qarşısını ala bilər. Cənubi Qafqazın gələcəyi okeanın o tayından gələn dezinformasiyalarla deyil, məhz region dövlətlərinin birbaşa dialoqu, suverenliyə hörmət və tarixi ədalətin təmin olunması prinsipi əsasında formalaşır.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İshaq HERSOQ: “Seçkilər ölkədə bölünməyə və anarxiyaya səbəb olmamalıdır”  

17:23
12 Oktyabr

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

17:15
12 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:14
12 Oktyabr

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib  

17:01
12 Oktyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir  

16:59
12 Oktyabr

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir  

16:58
12 Oktyabr

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

16:49
12 Oktyabr

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

“Zelenski Putinlə görüşməyə hazırdır”

16:39
12 Oktyabr

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  

16:37
12 Oktyabr

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

16:35
12 Oktyabr

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

16:24
12 Oktyabr

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

16:21
12 Oktyabr

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır  

16:18
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!