09 Aprel 2024 08:00
2032
SİYASƏT
A- A+
Sülhə yeganə zəmanət İlham Əliyevin modelidir

Sülhə yeganə zəmanət İlham Əliyevin modelidir

 

ABŞ və Qərb regionla bağlı bütün məsələlərdə Azərbaycanla hesablaşmalıdırlar

 

Brüssel görüşü Ermənistan üçün "soyuq duş" oldu... 
Hayastanda gözlənilən ajiotajı yaratmadan çox sönük keçən görüşdə "söz" verildiyi kimi, guya heç bir siyasi müzakirə aparılmadı. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana yalnız maliyyə və informasiya dəstəyinin veriləcəyini "bəyan etdi".  Aİ 4 il ərzində bu ölkəyə 270 milyon avro qrant, Birləşmiş Ştatlar isə 65 milyon dollardan çox yardım etmək qərarındadırlar. 
Gözlənildiyi kimi, ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borel mətbuat qarşısında çıxışlarında Ermənistana "təhlükəsizlik təminatı" və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər. Çünki üçlüyün keçirdiyi görüşün məqsədi tam başqa idi...
Brüssel görüşünün görünən tərəfi Ermənistana iqtisadi, humanitar və siyasi dəstək göstərmək adı ilə təqdim edilsə də, əsl niyyət Hayastanı silahlandırmaq, yeni münaqişə ocağı yaratmaq və Rusiyaya qarşı "ikinci cəbhə"nin açılması planının müzakirə edilməsi üçün ilk raundu sayılırdı.
Görüşdə səslənən fikirlər, verilən vədlər bir daha təsdiq etdi ki, Qərb konkret olaraq Ermənistanı nəzarəti altına alaraq vassalları siyahısına daxil edir. Cənubi Qafqazda yeni status-kvonu qəbul edə bilməyən güclər ayırıcı xətlərin çəkilməsi üçün məkrli planlar hazırlayırlar. 
Əslində, bu plan yeni deyil. Hazırda baş verənlər illər öncə hazırlanan çirkli oyunların yeni formatda davamıdır. Çünki bundan əvvəl də Qərbdə Gürcüstanda inqilab ssenarilərini reallaşdırmaq, onun vasitəsilə Ermənistanın Qara dənizə çıxışını təmin etmək planı olub. Lakin Azərbaycanın qüdrətlənməsi və 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Qərb ikinci plana keçib - Ermənistanın tamamilə nəzarətə götürülməsi...
Görüşdən sonra ABŞ-nin Dövlət katibi Entoni Blinkenin sosial şəbəkələrdən birində yazdığı "Birləşmiş Ştatlar möhkəmlənmək və regional inteqrasiya yolu ilə Ermənistana iqtisadi rifah və sabitliyə nail olmaqda əzmlə kömək edir" fikri də bunu bir daha təsdiqləyir. 
Qərb və ABŞ nə qədər təkzib etməyə çalışsa da, əsl niyyətin nəyə xidmət etdiyi hər kəsə bəllidir. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları qəbul etməyənlər Cənubi Qafqaza daxil olmağa və burada möhkəmlənməyə can atırlar.  Təbii ki, bu amil də region üçün çox təhlükəlidir. Çünki ən azı bəzi postsovet ölkələrinin təcrübəsinə nəzər yetirsək, Qərbin vədlərinə inananların aqibətinin fəlakətli sonluğuna şahidlik etmişik. Qərb, xüsusən də ABŞ indi də Cənubi Qafqazda bu fəlakətli vəziyyəti Ermənistanın əli ilə reallaşdırmağa çalışır. Bunu söyləməyə yetərincə faktlar da mövcuddur.  
Məsələn, son aylarda ABŞ-nin hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Vaqner stilində fəaliyyət göstərən bir sıra şirkətlərin artıq Ermənistanda təlimlərə başlaması, ABŞ dövlət xətti ilə də Ermənistanda genişmiqyaslı militarizasiya  proqramının həyata keçirilməsinə start verilməsi, Ermənistan ordusunun yenidən  qurulması, xüsusi xidmət orqanlarının fəaliyyətinin təşkili (bu orqanların əməkdaşları ABŞ, Fransa və digər Qərb ölkələrində hazırlanacaq, onlar üçün xüsusi bazalar təşkil ediləcək), Ermənistana yeni silahların, hərbi təyinatlı texnologiyaların verilməsi və. s. Həmçinin ABŞ-nin regionda ən böyük səfirliyi (2 min nəfər) Ermənistanda saxlaması, Ermənistanda hazırda amerikalı hərbi instruktorların, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturların olması da bunun tərkib hissəsidir. 
Görünən budur ki, Cənubi Qafqazda yeni bastion və gərginlik mənbəyi yaradılır. Bunun arxasında bilavasitə ABŞ dayanır. ABŞ dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasətini indi də Cənubi Qafqaz regionunda reallaşdırmağa çalışır.
Bir sözlə, 5 aprel görüşü bir daha təsdiq etdi ki, Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb. Əlbəttə ki, uzun illər Rusiyanın himayəsi altında yaşayan bir ölkənin belə bir addım atması rəsmi Moskvanı da ciddi narahat etməyə bilməz. Elə həmin görüş yekunlaşdıqdan dərhal sonra Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin yaydığı bəyanat da bunu təsdiqləmiş oldu. Rusiya XİN həmin sənəddə bəyan etdi ki, Moskva ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün "kollektiv Qərb"in növbəti cəhdi kimi qiymətləndirir. Regiondan kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, yeni haçalanmış fikirlərin yaranmasına, həmçinin nəzarətdən kənar gərginliyin artmasına səbəb ola bilər. "Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün vasitəyə çevirmək istəyir. Bizə məlumdur ki, Vaşinqton və Brüssel efemer vədlər altında Ermənistanın KTMT və Aİİ-ni tərk etməsinə, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına nail olmağa çalışırlar", - deyə bəyanatda qeyd edilirdi. Moskva hesab edir ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakterə malik problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda Ermənistanın da iştirak etdiyi "3+3" məşvərət platformasının ikinci iclasında razılaşdırılmış "regional məsuliyyət" prinsipinə uyğun olaraq həll edilməlidir.
Beləliklə, bütün proseslər göstərir ki, Ermənistan yenə də alət rolunu oynamaqda davam edir. İndi də Qərbə meyillənən Hayastanı yəqin ki, heç də xoş günlər gözləmir. Lakin dəqiq bəlli olan budur ki, Ermənistan üçün təhlükəsizlik modeli yalnız Azərbaycanın təklif etdiyi sülh modelidir. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq və belə demək mümkünsə, bu ölkəni Ukrayna, Suriya, Livanın aqibəti gözləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!