07 Fevral 2026 09:30
750
SİYASƏT
A- A+
Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...


2026-cı il 5 fevral Azərbaycanın müasir tarixində tarixi ədalətin bərqərar olduğu gün kimi yaddaşlara yazıldı. Necə ki, 8 Noyabr döyüş meydanında qazanılmış Zəfərin rəmzinə çevrilmişdi, bu tarix də hüququn, beynəlxalq ədalətin və dövlət iradəsinin qələbə çaldığı gün kimi tarixə yazıldı.

Azərbaycanda uzun müddət davam edən və ictimai şüurda artıq "Azərbaycanın Nürnberq prosesi" kimi dəyərləndirilən məhkəmə prosesi demək olar ki, başa çatdı.

Onilliklər ərzində sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməkdə təqsirli bilinən, mülki əhaliyə qarşı zorakılıqlarda, etnik təmizləmə və terror aktlarında iştirak etmiş erməniəsilli şəxslər, o cümlədən Arayik Harutyunyan məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edildilər.

Bu hökm təkcə ayrı-ayrı şəxslərə verilmiş cəza deyil. Bu, cəzasızlıq anlayışına, işğala, zorakılıq və nifrət ideologiyasına qarşı hüquqi və mənəvi mövqenin ifadəsidir. Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, müharibə və insanlıq əleyhinə cinayətlər nə unudulur, nə də zamana tabe olur - gec-tez hüquqi müstəvidə öz qiymətini alır.

Cəmiyyətin bu hökmü necə qətiyyət və ədalət hissi ilə qarşıladığı da təsadüfi deyil. Çünki bu qərar təkcə milli hüququn deyil, beynəlxalq hüququn da tələblərinə cavab verir.

Qurbanların haqqının tanınması, ədalətin bərpası və hüquqi məsuliyyətin təmin edilməsi davamlı sülhün əsas şərtidir.

Məhz bu məqamda fundamental bir həqiqət bütün aydınlığı ilə ortaya çıxır: ədalət olmadan sülh mümkün deyil. Qarabağda törədilmiş cinayətlərə hüquqi qiymət verilmədən, tarixi ədalət bərpa olunmadan bölgədə uzunmüddətli və etibarlı sülhdən danışmaq mümkün deyildi.

Bu baxımdan, Bakıda elan olunan hökm region üçün yeni mərhələnin - hüquqa və ədalətə əsaslanan sülh mərhələsinin başlanğıcıdır.

Bu reallıq fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə təsis edilmiş nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması tam məntiqi və ardıcıl görünür. Bu mükafat insan hüquqlarının müdafiəsi, mədəniyyətlərarası dialoqun təşviqi və qlobal həmrəyliyin möhkəmləndirilməsi sahəsində göstərilən xidmətlərə görə təqdim olunur və yalnız müharibəni dayandıranlara deyil, ədalətli sülhü təmin edən liderlərə verilir.

Prezident İlham Əliyev hərbi qələbəni hüquqi və siyasi məsuliyyətlə tamamlayaraq sülhü beynəlxalq hüquq normalarına əsaslanan legitim müstəvidə qurdu. Qarabağda törədilmiş ağır cinayətlərin məhkəmə yolu ilə araşdırılması və cəzalandırılması bu siyasi iradənin və insan mərkəzli yanaşmanın ayrılmaz tərkib hissəsidir.

Beləliklə, iki mühüm proses bir-birini tamamlayır:

- Qarabağda törədilmiş cinayətlərə görə verilən ədalətli və qəti hökm,

- və həmin ədaləti mümkün edən siyasi xəttə beynəlxalq etimadın ifadəsi olan sülh mükafatı.

Bu, tarix qarşısında Azərbaycanın haqqının tanınmasıdır.

Bu, Zəfərin hüquqi və mənəvi tamamlanmasıdır.

Və bu gün bir daha sübut olunur ki, sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...


Bahar MURADOVA,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

11:39
06 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

11:38
06 Mart

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib  

11:34
06 Mart

Xocalıda şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib  

11:33
06 Mart

“Hürriyet” qəzeti: Naxçıvana hücum Türkiyəyə zərbə endirmək anlamına gəlir

11:31
06 Mart

Hərbi Hava Qüvvələrində Bayraktar kursunun birinci buraxılış mərasimi keçirilib

11:02
06 Mart

Vəkillər Kollegiyasının 12 üzvü mükafatlandırılıb, 1-i kollegiyadan xaric edilib, 3-ü cərimələnib  

11:00
06 Mart

Kot-d’İvuar ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib

10:39
06 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:16
06 Mart

Dünya birjalarında neft ucuzlaşıb

10:15
06 Mart

Azərbaycan nefti 7 faizədək bahalaşıb

10:11
06 Mart

Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib

09:37
06 Mart

Britaniya mediası Prezident İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını işıqlandırıb

09:36
06 Mart

Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır

09:28
06 Mart

Bakı növbəti beynəlxalq tədbirə də yüksək səviyyədə evsahibliyi edəcək

09:05
06 Mart

Əlişir Nəvai: bütün zamanların söz memarı

09:00
06 Mart

Orta dəhlizdə rəqəmsallaşma və süni intellektin tətbiqi zamanın tələbidir

08:55
06 Mart

Azərbaycanın rəqəmsal gələcəyi

08:50
06 Mart

Günəş enerjisindən istifadə gələcəyə uğurlu yatırımdır

08:45
06 Mart

Milli maraqlardan qlobal təsirə: Prezident İlham Əliyevin "Strateji diplomatiya" fəlsəfəsi

08:40
06 Mart

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

08:35
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!