07 Sentyabr 2026 11:20
50
İQTİSADİYYAT
A- A+
Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya


Ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Dəstək EKTİS-də bəyan, heyvanların identifikasiyası, sığorta, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərti ilə tətbiq ediləcək.

Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

12:38
07 Sentyabr

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq 

12:27
07 Sentyabr

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

12:24
07 Sentyabr

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

12:19
07 Sentyabr

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

11:40
07 Sentyabr

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

11:30
07 Sentyabr

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

11:25
07 Sentyabr

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

11:20
07 Sentyabr

Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq

11:15
07 Sentyabr

Saymon Stil: COP29 çərçivəsində Azərbaycan iqlim maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etdi  

11:10
07 Sentyabr

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

11:05
07 Sentyabr

Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir

10:57
07 Sentyabr

Donald Tramp Ayın ABŞ-yə məxsus olduğunu bildirib

10:50
07 Sentyabr

Kabo- Verdedə faciə

10:45
07 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

10:35
07 Sentyabr

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək  

10:30
07 Sentyabr

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

10:25
07 Sentyabr

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

10:20
07 Sentyabr

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

10:15
07 Sentyabr

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib

10:10
07 Sentyabr

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək  

10:05
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!