07 Sentyabr 2026 12:19
87
DÜNYA
A- A+
Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb


Həlak olan və yaralananlar var


Yerli hakimiyyət orqanları bildirib ki, Amazon şirkətinin sifarişi ilə reysə çıxan yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxıb. Qəza  nəticəsində ən azı 5 nəfər həlak olub.

"Ən azı 5 nəfərin öldüyünü təsdiqləyə bilərik", - deyən Mayami-Deyd  rayonunun meri Daniella Levin Kava mətbuat konfransında bildirib ki, bir neçə nəfər xəsarət alaraq yerli xəstəxanalara aparılıb.

“21 Air” aviaşirkətinə məxsus və Puerto Rikodan gələn Boeing 767-300 təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb və Amazon tərəfindən istifadə edilən böyük bir logistika kompleksinin dayanacağındakı nəqliyyat vasitələrinə çırpılıb. Hadisə yerində yanğın baş verib. 

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanı araşdırdığını və artıq hadisə yerinə mütəxəssislər göndərdiyini açıqlayıb.

Hadisədən sonra hava limanı fəaliyyətini bərpa edib, lakin sərnişinlər mümkün gecikmələr barədə xəbərdar olunublar. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

12:24
07 Sentyabr

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

12:19
07 Sentyabr

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

11:20
07 Sentyabr

Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq

11:15
07 Sentyabr

Saymon Stil: COP29 çərçivəsində Azərbaycan iqlim maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etdi  

11:10
07 Sentyabr

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

11:05
07 Sentyabr

Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir

10:57
07 Sentyabr

Donald Tramp Ayın ABŞ-yə məxsus olduğunu bildirib

10:50
07 Sentyabr

Kabo- Verdedə faciə

10:45
07 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

10:35
07 Sentyabr

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək  

10:30
07 Sentyabr

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

10:25
07 Sentyabr

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

10:20
07 Sentyabr

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

10:15
07 Sentyabr

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib

10:10
07 Sentyabr

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək  

10:05
07 Sentyabr

COP29-un Prezidenti: Azərbaycan yaşıl enerji istehsalçısına və enerji bağlantılarının mühüm iştirakçısına çevrilir

10:00
07 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

09:45
07 Sentyabr

“AzərEnerji”: “Sea Breeze” yarımstansiyası ilin sonunadək hazır olacaq 

09:35
07 Sentyabr

“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb

09:30
07 Sentyabr

Dünya birjalarında neft bahalaşıb 

09:25
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!