07 Sentyabr 2026 12:24
67
DÜNYA
A- A+
Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər


Əsas problem Rusiya və Ukrayna liderləri arasında şəxsi düşmənçilikdir


ABŞ Prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff Kiyevdə keçirilən mətbuat konfransında Rusiya və Ukrayna rəhbərliyi ilə apardıqları danışıqların nəticələri barədə məlumat veriblər. Hər üç tərəf danışıqları konstruktiv adlandırıb.

Növbəti addımlardan biri üçtərəfli görüş formatına qayıtmaq ola bilər. Kuşner hesab edir ki, bu istiqamətdə sürətli irəliləyiş üçün ümid var. Xüsusi nümayəndələr ABŞ Prezidenti Donald Trampın münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə sadiqliyini bir daha təkrarlayıblar və bunun "çox çətin bir vəzifə" olduğunu vurğulayıblar.

Uitkoff deyib ki, "biz bu münaqişəyə kinetik yox, diplomatik həll yolu axtarırıq. O, əlavə edib ki, "hər iki tərəf bir həll yoluna çatmalıdır". Uitkoffun sözlərinə görə, yaxın məqsəd tərəfləri danışıqlara qaytarmaq və yaxşı ünsiyyət kanalları yaratmaqdır: "Ümid edirəm ki, son 48 saat ərzində bu prosesə konstruktiv başlamışıq və əminik ki, yaxşı bir həll yolu tapılacaq".

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən üç raund danışıqları "yaxşı" və "konkret" adlandırıb. Onun sözlərinə görə, görüşdə Ukraynaya davamlı iqtisadi yardım, eləcə də hava hücumundan müdafiə, enerji sektoruna dəstək, Amerika mayeləşdirilmiş təbii qazının alınması ehtimalı, müharibədən sonrakı yenidənqurma məsələləri və təhlükəsizlik zəmanətləri müzakirə olunub. V.Zelenski müharibənin qışa qədər davam edəcəyi fikrini ifadə edib və Kiyevin Qərb tərəfdaşlarından qış yardım paketinə ehtiyacı olduğunu vurğulayıb: "Biz çox ümid edirik ki, Amerika tərəfdaşlarımızla razılığa gələ biləcəyik və müharibə qışa qədər davam edərsə, Avropa tərəfdaşlarımızın dəstəyinə güvənirik. Hələlik, görünür, vəziyyət belədir".

V.Zelenski həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə Böyük Britaniya, Almaniya və Fransadan olan Avropa milli təhlükəsizlik müşavirləri arasında birgə görüş, eləcə də bu formatda işlərin yenidən başlamasının planlaşdırıldığı barədə məlumat verib.

Qeyd edək ki, xəbər verildiyi kimi, Uitkoff və Kuşner bazar günü, sentyabrın 6-da Ukrayna paytaxtına gəliblər. Bir gün əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox görüş keçiriblər. Kuşner Putinlə görüşü "çox konstruktiv və mahiyyətli" adlandırıb və qeyd edib ki, onlar əvvəllər uğursuz olan ideyaları, eləcə də "davamlı sülhə" nail olmaq üçün zəruri elementləri müzakirə ediblər.

Kremldə görüşü konstruktiv, danışıqları isə "vaxtında və çox faydalı" adlandırıb. V.Putinin köməkçisi Yuri Uşakov isə danışıqları "son dərəcə səmimi" adlandırıb və Amerika tərəfinin nizamlanmanın mümkün yolları ilə bağlı bir sıra fikirlər təklif etdiyini bildirib. O, əlavə edib ki, ruslar amerikalılara Moskvanın Ukraynanın şərqinin qalan hissəsini ələ keçirə biləcəyinə əmin olduqlarını deyiblər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

12:38
07 Sentyabr

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq 

12:27
07 Sentyabr

Kuşner və Uitkoff Moskva və Kiyevdə keçirilən görüşlər barədə məlumat veriblər

12:24
07 Sentyabr

Mayamidə Boeing yük təyyarəsi qəzaya uğrayıb

12:19
07 Sentyabr

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

11:40
07 Sentyabr

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

11:30
07 Sentyabr

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

11:25
07 Sentyabr

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

11:20
07 Sentyabr

Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq

11:15
07 Sentyabr

Saymon Stil: COP29 çərçivəsində Azərbaycan iqlim maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etdi  

11:10
07 Sentyabr

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

11:05
07 Sentyabr

Braziliya Latın Amerikasında Azərbaycanın mühüm tərəfdaşlarından biridir

10:57
07 Sentyabr

Donald Tramp Ayın ABŞ-yə məxsus olduğunu bildirib

10:50
07 Sentyabr

Kabo- Verdedə faciə

10:45
07 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

10:35
07 Sentyabr

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək  

10:30
07 Sentyabr

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

10:25
07 Sentyabr

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

10:20
07 Sentyabr

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

10:15
07 Sentyabr

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib

10:10
07 Sentyabr

Pambıq sahələrində quraşdırılan damcı suvarma sistemi üçün əlavə dəstək veriləcək  

10:05
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!