01 Dekabr 2023 15:30
283
CƏMİYYƏT
A- A+

Stirlinq Fondunun prezidenti: Azərbaycandakı dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

 

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-nin Stirlinq Fondunun prezidenti və idarə heyətinin direktoru Mayls Hansen ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Komitənin sədri Azərbaycandakı dinlərarası harmoniya, multikultural və tolerant dəyərlərə verilən önəm, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi barədə danışıb.

O qeyd edib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. 37-si qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 995 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır.

Stirlinq Fondunun prezidenti Mayls Hansen ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Fondun Azərbaycanda həyata keçirdiyi işlərə toxunan qonaq, eyni zamanda, Briqam Yanq Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib.

Görüşdə, həmçinin sözügedən universitetlər arasında anlaşma memorandumunun imzalanmasından danışılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video