05 Dekabr 2023 20:56
1631
CƏMİYYƏT
A- A+
“Soyuq əllər, isti ürək”: Xeyriyyə yarmarkası 10-cu ilində - FOTOREPORTAJ

“Soyuq əllər, isti ürək”: Xeyriyyə yarmarkası 10-cu ilində - FOTOREPORTAJ

 

Nəcib ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” yarmarkası artıq onuncu dəfədir ki, qapılarını paytaxt sakinlərinin üzünə açıb. Yeni il ovqatını, şəfqət duyğularını özündə təcəssüm edən bu layihədə həm əylənmək, həm də faydalı olmaq mümkündür.

Yarmarkanın təşkil olunduğu meydanda yaşanan izdiham xeyriyyə aksiyasına göstərilən böyük maraqdan xəbər verir. Bir tərəfdən isti şabalıd qoxusu, digər tərəfdən ləzzətli özbək plovunun ətri gəlir.

 Pavilyonlardakı növbənöv, rəngbərəng şirniyyatlar insana gəl-gəl deyir.

AZƏRTAC-ın yarmarkanın keçirildiyi məkandan hazırladığı fotoreportajı təqdim edirik.

Fəvvarələr Meydanında fəaliyyət göstərən ənənəvi “Soyuq əllər, isti ürək” yarmarkası Bakıya əsl bayram əhvali-ruhiyyəsi gətirib.

Xeyriyyə yarmarkası bu dəfə həm də özünün 10 illik yubileyini qeyd edir. Bu münasibətlə bir neçə gün əvvəl Fəvvarələr Meydanında tanınmış müğənnilərin iştirakı ilə böyük konsert proqramı təqdim olunub. Yarmarka dekabrın 1-dən sakinlər üçün açıqdır və giriş sərbəstdir.

Hər il bu vaxtlar “Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası öz adını tamamilə doğruldur. Axşam saat 19:00-dan başlayaraq buraya üz tutanlar arasında uşaqları da görmək olur. Meydanda onların əylənməsi üçün xüsusi oyun zonaları yaradılıb. Burada quraşdırılan taxta köşklərdə qonaqlara şirniyyat, ətriyyat, oyuncaq, yolka bəzəkləri təklif edilir.

Yanvarın 15-dək davam edəcək yarmarka əhali arasında “Bakının qış nağılı” kimi də tanınır. Təşkilatçıların məqsədi insanları sadəcə əyləndirməkdən, yaxud çal-çağırdan ibarət deyil. “Soyuq əllər, isti ürək” ölkənin hər yerindən “Nargis” Fonduna üz tutan onlarla ailə üçün bir ümid çırağıdır.

Bu ilki yarmarka böyük Yeni il yolkası, 64 böyük və 20 balaca ev, üç ədəd ikimərtəbəli restoran, fotozona, 4D Kinoteatr, müxtəlif əyləncə zonaları və digər tematik guşələrdən ibarətdir. İsti ürəkləri bir araya gətirən xeyriyyə yarmarkası təkcə yerli sakinlərin deyil, xarici qonaqların da marağına səbəb olur.

Ziyarətçilər burada eksklüziv suvenirlər, hədiyyələr əldə edir, münasib qiymətə qərbin və şərqin ləzzətli təamlarını dadır baxır, xatirə şəkilləri çəkdirir, sevdikləri ilə birgə əsl bayram ab-havası yaşayırlar. Hansı guşəyə üz tutursansa, böyük sevinclə qarşılanırsan. Sanki yarmarka Yeni il ərəfəsində insanları bir-birinə daha da yaxınlaşdır. Fotolarda bunu aydın görmək olar.

Yarmarka sponsorlarının maliyyə dəstəyi və satışdan əldə edilən bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənməsinə sərf olunur.

Qışda əllərimiz soyuq olur, təki qəlblərimiz daim isti olsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!