03 İyul 2025 08:20
418
SİYASƏT
A- A+
Şovinizm inkişafa və əməkdaşlığa əngəldir

Şovinizm inkişafa və əməkdaşlığa əngəldir


Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik nəticəsində iki nəfərin ölməsi və çoxlu sayda soydaşlarımızın ağır xəsarət alması bütün dünya azərbaycanlılarının böyük kədərinə və narazılığına səbəb olub. Təəssüflə qeyd etməliyəm ki, insanlığa sığmayan belə bir zorakı hadisə azərbaycanlıların hazırda yaşadığı dünyanın heç bir yerində, istər geridə qalmış, istər inkişafda olan, istərsə də inkişaf etmiş ölkəsində baş vermədiyi halda, yalnız Rusiya Federasiyasında müşahidə olunur.

Qanuna zidd, işgəncə ilə törədilən bu hadisələr Rusiya Federasiyasında rus olmayan vətəndaşlara və miqrantlara qarşı yönəldilib və fasilələrlə baş verməkdə davam edir. Rusiya Federasiyasının siyasi rəhbərliyi ölkə daxilində hamı üçün eyni qayda-qanun yaratmaq və ona əməl etmək, habelə qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirmək əvəzinə, bu qanun pozuntusuna və insanların qəzəbinə səbəb olan zorakı hərəkətlərinə ölkənin daxili işi kimi yanaşıb ona haqq qazandırmağa çalışır. Bu məfkurə yiyələri unudur ki, indi XXI əsrdir, nə baş verdiyini anındaca bütün dünya bilir və görür. Həm də belə hadisələrin nə məqsədlə törədilməsini hamı çox aydın dərk edir. Bu zorakı hüquq pozuntusu rus millətindən olan ən qatı cinayətkara qarşı törədilmir. Belə halın baş verməsi, ümumiyyətlə, bütün bəşəri dəyərlərə hörmətsizlik və çox ciddi qanun pozuntusu kimi lənətlənir. Çünki cinayətdə şübhəli bilinənin istintaqa cəlb edilməsi və qaydası qanunda əks olunub. Qanuna əməl olunması isə şübhəli şəxsin milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından və digər amillərdən asılı olmayaraq, hamı üçün eynidir. Rusiya Federasiyasında buna əməl etmirlər, başqa millətin nümayəndəsinə mütləq qaydada zor tətbiq edirlər, alçaldırlar, hüquqlarını pozurlar. 

Hesab edirik ki, Rusiya Federasiyası şovinizm yuxusundan ayılmalıdır, bunun vaxtı çoxdan çatıb. Artıq anlamaq lazımdır ki, bu metodla yaxşı heç nəyə nail olmaq mümkün deyil, əksinə, mövcud münasibətlərə xələl gətirir. Bütün bunlar ölkənin inkişafına, qonşularla xoş münasibətə və tərəflər üçün səmərəli əməkdaşlığa yox, əlaqələrdə tənəzzülə və heç kimə xeyir verməyən qarşıdurmaya xidmət edir. 

Azərbaycan Respublikasında uzun müddətdir həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyanın ən tolerant məkanı kimi tanınır və mövcud qanunvericilik aktları respublikamızda yaşayan bütün insanlara, onların milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından asılı olmayaraq, eyni qaydada tətbiq edilir. Rusiya Federasiyasında qeyri-rus millətindən olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı dəfələrlə zorakılıq halları törədilsə də, Azərbaycanda indiyə kimi bir dəfə də olsun heç bir digər millətin nümayəndəsinə qarşı qanuna zidd hal baş verməmişdir və bundan sonra da baş verməsi mümkün deyil. Çünki xalqımız və dövlətimiz öz inkişafını daxili resurslarından səmərəli istifadə etməkdə, tərəfdaş ölkələr və xalqlarla səmimi qarşılıqlı münasibətlər və əlverişli əməkdaşlıq etmək yolunda görür və buna ciddi əməl edir. Gözlədiyimiz də odur ki, Rusiya Federasiyasında da qeyri-qanuni və zorakılıq hallarına son qoyulsun, orada yaşayan azərbaycanlılara və digər millətdən olan insanlara qlobal bəşəri dəyərlərə uyğun münasibət göstərilsin. Yalnız bu yol Rusiya Federasiyasının və xalqının gələcək inkişafına xidmət edə bilər. 


Eldar İBRAHİMOV, 

Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!