18 Aprel 2023 01:15
520
Fərmanlar
A- A+
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1997-ci il 7 aprel tarixli 568 nömrəli, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1997-ci il 7 aprel tarixli 568 nömrəli, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.6-cı, 1.1.11-ci maddələrində, 19.1-1-ci maddəsinin birinci cümləsində və 19.1-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19.1-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
1.4. həmin Qanunun 1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Dövlət Sosial Müdafiə Fonduqismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 n?mr?liFərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578; 2019, № 7, maddə 1220; 2020, № 5, maddə 562, № 6, maddə 688, № 8, maddə 1028, №12 (I kitab), maddə 1497; 2022, № 12, maddə 1451) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1.2.1-1-ci bənddən "8-ci maddəsinin ikinci hissəsində," sözləri çıxarılsın;
2.2. 2.1-4-cü bənddə "19.1-ci maddəsinin üçüncü cümləsində" sözləri "1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin və həmin bənddən "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində" sözləri çıxarılsın;
2.3. 2.1-5-ci bənddə "1-ci maddəsinin ikinci hissəsində" sözləri "1.1.2-ci maddəsində" sözləri ilə əvəz edilsin;
2.4. aşağıdakı məzmunda 2.1-6-cı bənd əlavə edilsin:
"2.1-6. həmin Qanunun 19.1-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";
2.5. 2.4-cü bənddə "1-ci maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin ikinci hissəsində" sözləri "1.1.2-ci, 1.1.6-cı, 1.1.11-ci maddələrində" sözləri ilə, "19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində" sözləri "19.1-ci və 19.1-1-ci maddələrinin birinci cümlələrində, 19.1-2-ci maddəsində" sözləri ilə əvəz edilsin.
3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1497) 1-ci hissəsi ləğv edilsin. 
4. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1451) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.1-ci bənddən "1-ci maddəsinin ikinci hissəsində və" sözləri çıxarılsın;
4.2. 1.2-ci bənd ləğv edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
6. Bu Fərmanın 1.1-ci və 2.5-ci bəndləri ("Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə münasibətdə), 1.3-cü və 2.3-cü bəndləri 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!