01 İyun 2026 21:44
114
İQTİSADİYYAT
A- A+
SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

SOCAR Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, şirkət bu il “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə “Etibarlı Tərəfdaş, Güvənli Enerji Təchizatı” ideyası əsasında hazırlanan stend ilə təmsil olunur.

Ən son texnoloji həllər tətbiq olunmaqla hazırlanan stenddə SOCAR-ın ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, beynəlxalq fəaliyyət coğrafiyası, innovasiya və rəqəmsallaşma gündəliyi, eləcə də dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumatlar yer alıb.

Belə ki, stendin “Milli enerjinin gücü” bölməsində “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Neft Daşları”, “Bulla-dəniz”, “Abşeron”, “Ümid” kimi yataqlar, Heydər Əliyev adına Neft Emalı Zavodu, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri, İğdır–Naxçıvan qaz kəməri, Naxçıvan Yeni İstilik Elektrik Stansiyası və bərpaolunan enerji layihələri ilə bağlı ətraflı informasiyalar təqdim olunur.

Ziyarətçilər stendin “İnnovasiya, rəqəmsallaşma və qlobal fəaliyyət” bölməsində şirkətin rəqəmsal transformasiya üzrə nailiyyətləri, “SOCAR Karbamid”, “Petkim”, STAR, “Italiana Petroli” müəssisələri, eləcə də “Tamar”, “Baleine”, “Üstyurt” və digər beynəlxalq layihələri, SOCAR-ın yanacaqdoldurma stansiyaları şəbəkəsi barədə məlumatlarla tanış ola bilərlər.

“Dayanıqlı gələcək və ətraf mühitin mühafizəsi” bölməsində isə Bakı Ali Neft Məktəbi, Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi, xarici universitetlərlə əməkdaşlıq, tədqiqat və inkişaf təşəbbüsləri, insan kapitalına yönəlmiş digər layihələr, həmçinin geotermal enerji, metan emissiyalarının azaldılması layihələri barədə informasiyalar təqdim olunur.

SOCAR, eyni zamanda, enerji sektorunun müxtəlif sahələri üzrə fəal müzakirələrin aparıldığı Bakı Enerji Forumunun işində də yaxından iştirak edir. SOCAR-ın baş tərəfdaşı olduğu Bakı Enerji Həftəsi regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa töhfə verən mühüm platforma kimi böyük nüfuz qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək  

22:53
01 İyun

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb  

22:52
01 İyun

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub  

22:50
01 İyun

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib  

22:49
01 İyun

 “Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir  

22:48
01 İyun

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:57
01 İyun

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

21:45
01 İyun

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

21:44
01 İyun

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb  

21:36
01 İyun

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan  

21:29
01 İyun

Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedra və Rosario Murilyodan  

21:26
01 İyun

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən  

21:03
01 İyun

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan  

20:59
01 İyun

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir  

20:57
01 İyun

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

20:51
01 İyun

Polşa Respublikasının Prezidenti Karol Navrotskidən  

20:48
01 İyun

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir  

20:41
01 İyun

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB 

20:31
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!