Silsilə tədbirlər keçirilir
Qazax rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlərə start verilib. Rayon Aqrar İnkişaf Mərkəzində, statistika idarəsində, kommunal müəssisələr kombinatında, təhsil müəssisələrində keçirilən anım mərasimlərində iştirakçılar o müdhiş gecədə törədilən qırğınları azərbaycanlılara qarşı soyqırımı kimi dəyərləndirirlər.
Xatırladılır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, 200 ev, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, tibb işçiləri də var idi. Lakin qabaqcadan hazırlanmış bu təcavüzkar aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi. Əksinə, Azərbaycan xalqı uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşaraq suverenlik əldə etdi.
Tədbirdən əvvəl faciə qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilir, sonra faciəni əks etdirən sənədli filmlər nümayiş olunur. O qanlı gecədə törədilən vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün respublika Prezidentinin apardığı məqsədyönlü işlərə yüksək qiymət verən iştirakçılar tökülən nahaq qanların yerdə qalmayacağına əminlik ifadə edirlər. Diqqətə çatdırılır ki, 20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması idi. O gecə SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını pozdu. Həmin vaxt respublikanın səriştəsiz rəhbərlərindən fərqli olaraq, ümummilli lider Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq faciənin ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış edib xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırdı. Dahi rəhbər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 1994-cü ildə 20 Yanvar faciəsinə ali qanunverici orqan olan Milli Məclisdə hüquqi qiymət verildi.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!