30 Aprel 2024 08:30
212
SİYASƏT
A- A+

Sifariş qoxulu sənəd

 

AP-nin riyakarlıqdan mayalanan qətnaməsi məkrli məqsədlərdən xəbər verir

 

"Avropa Parlamenti aprelin 25-də yenə özünün anti-Azərbaycan mövqeyinə sadiqliyini nümayiş etdirdi və obyektivlikdən uzaq, yalan-böhtan xarakterli qətnamə qəbul etdi. 2021-ci ildən sonra Azərbaycana qarşı qəbul edilən 8-ci qətnamənin ruhu da riyakarlıqdan mayalanıb, rüşvət qoxuludur və məkrli məqsədlərdən xəbər verir". 
Məsələ ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu, ölkəmiz əleyhinə yönəldilən təxribat, uğurlarımızın gözdən salınmasına cəhd və əslində, ləyaqətsizlikdir. Ləyaqəti olan, insan haqlarına önəm verən, beynəlxalq normalara əsaslanan, bəşəriyyətin gələcəyi, dövlətlərin suverenliyi barədə düşünən heç bir deputat belə qərəzli qətnamələrə imza atmaz, pula satılmaz, kələyə uymaz. Görünür, Avropa Parlamentinin bir çox deputatları vicdan, haqq-ədalət məsələsində kasaddırlar, onları insanların taleyi, ölkələrin inkişafı, sülh, əməkdaşlıq, təhlükəsizlik deyil, cibləri daha çox düşündürür. 
Komitə sədrinin sözlərinə görə, 30 il işğal altında qalan Azərbaycan torpaqları, xarabazarlığa çevrilən şəhər və kəndlərimizi, milyondan çox vətəndaşımızın uzun illər çəkdiyi əzab-əziyyətləri, xalqımızın başına gətirilən soyqırımları görməzdən gələn və erməni təcavüzkarları haqqında danışmağı unudan həmin deputatların bu gün vətəndaş cəmiyyəti və insan hüquqları məsələsində Azərbaycanı günahlandırmaları riyakarlığın və siyasi alverçiliyin nümunəsidir. Belə qətnamələr əsasən Azərbaycan və Ermənistan arasında müəyyən yaxınlaşmalar yarandığı halda qəbul edilir və anti-Azərbaycan təbliğatı genişləndirilir. Bu gün sərhədlərimizin delimitasiyası istiqamətində ümidverici addımların atıldığı bir dövrdə belə bir qətnamənin qəbul edilməsi, əlbəttə ki, xoşməramlı deyil, çirkin məqsədlərə - münasibətlərin korlanmasına yönəldilib.
Komitə sədri deyib ki, AP Cənubi Qafqazda əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinin, iki xalqın xoşbəxt həyatının tərəfdarı deyil və hadisələrin gedişi bunu bir daha təsdiq edir: "Qətnaməyə Milli Məclisin münasibətində də bu özünü aydın göstərir və bildirilir ki, Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, sərbəst toplaşmaq, ifadə, söz və mətbuat azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər, ölkəmizdə təşkil olunan beynəlxalqsəviyyəli tədbirlərdə bir çox beynəlxalq təşkilatlar, nüfuzlu siyasətçilər, mütəxəssislər, dövlət xadimləri tərəfindən yüksək qiymətləndirildiyi halda, bəzi lobbiçilik bəlasına tutulan avropalı deputatlar, erməni pulları ilə həvəsləndirilən siyasətçilərin fikirləri  gülüş doğurur".
Tahir Rzayev vurğulayıb ki, AP-nin qəbul etdiyi bədnam qətnamə ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında əks olunan fikirlərlə, faktlarla tamamilə üst-üstə düşür. Bu hesabatda da ölkəmizdəki insan haqları ilə vəziyyət subyektiv mülahizələrlə, yanlış faktlarla təhrif olunur. Müxtəlif QHT-lərin böhtan xarakterli məlumatlarına, ermənipərəst siyasətçilərin fikrinə əsaslanan hesabat ilk növbədə bizim deyil, Dövlət Departamentinin nüfuzuna ciddi xələl gətirir, onun lobbiçilik fəaliyyətini sübut edir və yaydığı hesabatların dəyərini heçə endirir.    Buna görə də ABŞ-nin hər il hazırladığı "insan haqları"na dair hesabatı dünyada artıq ciddi qəbul olunmur. 
T.Rzayev bildirib ki, Qərbin bəzi dairələri, siyasətçiləri qondarma rejimin "dövlət naziri", torpaqlarımızın milli sərvətlərini qanunsuz talan edən, terrorçu Ruben Vardanyanı "qəhrəman" obrazında təbliğ etməklə, onun müdafiəsinə qalxmaqla hansı insan haqlarını əldə rəhbər tuturlar? Cinayətkar, fırıldaqçı, qatil Vardanyanın sülh fədaisi kimi təqdim edilməsi və Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü də Qərbdən və Avropadan gəlib. Halbuki 2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Ruben Vardanyana qarşı şəxsi sanksiyaların tətbiqinə çağırış edib və hələ 2019-cu ildə AP-nin 22 üzvü ona qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib. Vardanyan Qarabağda olanda da bu cür kampaniyalar təşkil olunub və maliyyə fırıldaqçısı erməni cəfakeşi, qəhrəman kimi təqdim olunmuşdu. Müharibəni qızışdırmaq, Azərbaycana təsir etmək, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, daha üzüyola, satqın şəxsi hakimiyyətə gətirmək məqsədi ilə oynanılan bu oyunlar Vardanyanın iç üzü açılandan sonra səngimişdi və o, tutduğu "dövlət naziri" vəzifəsindən uzaqlaşdırılmışdı. Deputat qeyd edib ki, bu gün AP, Aİ Qərbin və Fransanın təsir dairəsindədir. "Brüsseldə keçirilmiş üçtərəfli görüş bir daha göstərdi ki, Avropa İttifaqı və Amerika Ermənistana maddi yardım ayırmaqla onun silahlandırılmasında maraqlıdır və Cənubi Qafqazda sülhün bərqərar edilməsinin qarşısının alınmasına nail olmaq üçün hər cür vasitəyə əl atmağa hazırdırlar. Bu məqsədlə də Avropa Parlamentinin rolundan, Dövlət Departamentindən, televiziya vasitələrindən, ayrı-ayrı satılmış deputatların rolundan geniş istifadə edilir. Tarix boyu onlarla ölkələri öz müstəmləkəsinə çevirən, milyonlarla dinc insanın qətlinə fərman verən, on minlərlə şəhərləri, kəndləri viran qoyan və bu gün də bu təcavüzü, qətlləri həyata keçirən Qərbin, Fransanın demokratiya, insan haqları çağırışlarına, saxta vədlərinə əksər dövlətlər inanmırlar və inanmayacaqlar. Azərbaycan da bu dövlətlər sırasındadır. Ermənistana edilən müraciətlərin, sülh təkliflərinin heç bir səmərəsi olmadı. Beynəlxalq aləm və bu gün Azərbaycanı insan haqlarının pozulmasında günahlandıranlar xalqımızın başına gətirilən bəlalara heç bir əhəmiyyət vermədikdə cənab İlham Əliyev öz iradəsini ortaya qoyaraq döyüş əmri verdi və xalqımıza tarixi qələbə qazandırdı".    
Komitə sədri vurğulayıb ki, indi bu qələbəni həzm etməyənlər çoxdur və buna görə də ölkəmizə qarşı məkrli planlar hazırlanır və həyata keçirilməsinə cəhdlər göstərilir. Ancaq bütün cəhdlər əbəsdir, çünki dostumuzla düşmənimiz artıq məlumdur. Saxta qətnamələr, bəyanatlar, çıxışlar, hesabatlar dövlət başçısını, xalqımızı tutduğu haqq-ədalət yolundan döndərə bilməz. Bu yol bəşəriyyətin azadlıq, xalqların xoşbəxtlik, dövlətlərin istiqlaliyyət və suverenlik yoludur. Haqq-ədalət isə həmişə qalibdir və Prezident İlham Əliyev, şanlı ordumuz, qəhrəman xalqımız bunu öz fədakarlığı, iradəsi ilə bütün dünyaya sübut edib.             

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video