23 Sentyabr 2022 00:37
804
İDMAN
A- A+
"Shusha Chess-2022" - Şəhriyar Məmmədyarov və Nana Dzaqnidze liderdirlər

"Shusha Chess-2022" - Şəhriyar Məmmədyarov və Nana Dzaqnidze liderdirlər

 

Mədəniyyət paytaxtımız Şuşada görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan "Shusha Chess-2022" Beynəlxalq Şahmat  Turniri davam edir. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında rapid və blits üzrə keçirilən yarışda 9 ölkədən 20 tanınmış qrosmeyster təmsil olunur.
Respublika Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib ki, müstəqil Azərbaycan tarixində ilk dəfədir Şuşada şahmat üzrə beynəlxalq turnir keçirilir. Millimizin üzvləri və dünyanın məşhur şahmatçıları "Shusha Chess-2022"də iştirak edirlər: "Yarışın bir sıra görkəmli qonaqları da var. Turnirin ənənəvi olması üçün əlimizdən gələni edəcəyik". 
Şuşada şahmat turnirində qonaq olan Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay da "Shusha Chess-2022"nin açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib. O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirərək, buna görə Azərbaycan şahmat ailəsinə təşəkkür edib. O, həm də qeyd edib ki, yarışda Türkiyədən iki şahmatçı mübarizə aparır.
G.Tulayın sözlərinə görə, Şuşada olmaq çox gözəldir: "Turnir məhz burada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim. Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm".
Federasiya prezidenti Şuşadakı ilk beynəlxalq şahmat turnirində nəticənin önəm daşımadığını söyləyib: "Burada dünyanın ən yaxşı şahmatçıları çıxış edirlər. Mənə görə ən önəmlisi bu cür idmançıları Şuşada bir araya gətirməkdir. Öz evimə gəlmişəm. Şuşada olmaqdan məmnunam".
Qeyd edək ki, püşkatmadan sonra yarışlara start verilib. Birinci turda kişilərin turnirində  azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıblar, Teymur Rəcəbov iranlı Parham Maqsudlu, Rauf Məmmədov isə FİDE dünya çempionu  Rüstəm Kasımcanovla (Özbəkistan) görüşlərini heç-heçə başa vurublar. Qadınların yarışında türkiyəli Kübra Öztürk Güvənli və gürcüstanlı Nana Dzaqnidze qələbə ilə başlayıblar. Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova və  Gövhər Beydullayeva - Xanım Balacayeva görüşlərində qalib müəyyənləşməyıb.
Dünən rapid üzrə yarışlarda daha 4 tur keçirilib. 5 turdan sonra kişilərin turnirində Şəhriyar Məmmədyarov 10 xalla liderlik edir. İkinci yeri hindistanlı Santoş Vidit (9 xal), üçüncü yeri isə Parham Maqsudlu (6 xal) tuturlar.
Qadınların yarışında 5 turdan sonra Nana Dzaqnidze 9 xalla liderliyi ələ alıb. 2-4-cü yerlərdə  hərəyə 6 xal toplayan Marsel Efroimski (İsrail), polşalı Yolanta Zavadska və Kübra Öztürk Güvənli qərarlaşıblar.
Bu gün daha 4 tur keçiriləcək və rapid üzrə yarışlara yekun vurulacaq. Sentyabrın 
24-də isə blits üzrə yarışlar keçiriləcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!