Şəhidim, şərəfim, şöhrətim mənim
Sovetlər dönəmindən - 1971-ci ildən orta məktəbdə müəllim işləyirəm. İstər o dövrdə, istərsə də ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra həmişə çalışmışam ki, şagirdlər dərs dediyim fənni yaxşı mənimsəməklə yanaşı, həm də vətənpərvər ruhda yetişsinlər.
Erməni işğalçıları torpaqlarımıza basqın edəndə vaxtilə dərs dediyim şagirdlər, o cümlədən oğlum Anar da silaha sarılaraq yağı düşmənə qarşı döyüşlərə yollandılar. Başqa cür ola da bilməzdi. Ana vətən çağırırsa, övladları hay verib, onun köməyinə çatmalıdır.
Qanlı-qadalı döyüşlərin birində oğlum həlak oldu. Bütün analar kimi, mənim üçün də oğul itkisi çox ağırdır. Lakin vətən, torpaq, bayraq uğrunda şəhid olan əsgərə "öldü" demək olmur. Təsəllim, qürurum Anarın müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmasıdır.
Yenə dərs deyirəm. Oğlumun xatirələrinə, qəhrəmanlığına, onun haqqında tanıdığım və tanımadığım adamların gözəl sözlərinə söykənib yaşayıram. Yenə də çalışıram ki, şagirdlərimiz savadlı, vətənpərvər olsunlar, torpaqlarımız uğrunda canlarını fəda edən övladlarımızın, qəhrəman oğullarımızın şərəfli həyat və mübarizə yolunu özlərinə örnək seçsinlər. Bu gün torpaqlarımızın 20 faizi işğal altında olsa da, ölkəmiz, ordumuz güclüdür, qüdrətlidir. Dövlətimizin müstəqilliyi, ulu öndər Heydər Əliyevin təbirincə desək, dönməzdir, əbədidir. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə düşməndən azad ediləcək. Onda müstəqil Azərbaycanımız daha xoşbəxt günlərini yaşayacaq. Şəhidlərimizin də ruhu şad olacaq.
Həmişə, hər yerdə, hətta dərs dediyim şagirdlərə də tez-tez oğlumun Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşduğunu fəxrlə deyirəm. Öyünürəm şəhid balamla! Müstəqillik, azadlıq vətənə də, vətəndaşa da ucalıq gətirir. Hərəmiz öz işimizlə, öz əməlimizlə, torpağa bağlılığımız və vətənə xidmətimizlə müstəqilliyimizi daha da möhkəmləndirməyə çalışmalıyıq.
Güllü BABAŞOVA,
Şamaxı şəhəri Şəhriyar qəsəbəsindəki tam orta məktəbin rus dili müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!