24 Sentyabr 2021 13:28
1538
SİYASƏT
A- A+
Şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsi yad edilib

Şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsi yad edilib

 

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin, Xətai və Suraxanı Rayon İcra hakimiyyətlərinin rəsmiləri, şəhidin ailə üzvləri, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər, məktəblilər əvvəlcə İkinci Fəxri xiyabanda olub və igid zabitin məzarı önünə əklillər qoyaraq xatirəsini ehtiramla anıblar.

Respublikamızın ərazi bütövlüyünün qorunması və bərpası, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Polkovnik Abdulla Qurbani 27 sentyabr – Anım Günü ərəfəsində respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə silsilə tədbirlərin keçirildiyini qeyd edərək bildirib ki, Vətən müharibəsində şəhadətləri ilə tarix yazan və adları tarixə yazılan igid oğullarımızdan biri də şəhid zabitimiz Rəşad Quliyevdir. O, 1983-cü il sentyabrın 23-də Bakıda anadan olub. Əslən Quba şəhərindəndir. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Ordusu sıralarında “leytenant” rütbəsində motoatıcı taqım komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıqlar, şəxsi rəşadət və şücaət nümunələri göstəriblər.

2020-ci il oktyabrın 7-də şəhidlik zirvəsinə ucalan tabor komandiri həm sağlığında, həm də ölümündən sonra dövlət səviyyəsində yüksək qiymətləndirilib, döyüş orden və medalları ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, tanınmış yazıçı-jurnalist Vüqar Rəhimzadə Vətənə Rəşad Rəşid oğlu kimi igid övlad bəxş etdiklərinə görə Quliyevlər ailəsinə bir daha minnətdarlıq edib və respublikamızın ərazi bütövlüyünün bərpası zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan qəhrəman zabitin həyat və döyüş yolunun bundan sonra da gənclər tərəfindən diqqətlə öyrəniləcəyinə, yeni-yeni Rəşadların yetişəcəyinə əminliyini bildirib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov respublikamızın bütün regionlarında olduğu kimi Xətai rayonunda da Vətən müharibəsi tarixinin təbliği, öyrənilməsi, o cümlədən Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov şəhid Rəşad Quliyevlə bağlı xatirələrini bölüşüb.

Nazirliyin əməkdaşı polkovnik Elvin Əzizov Vətən müharibəsi şəhidlərinin hər birinin xatirəsinin əziz tutulduğunu və onların anım tədbirlərinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini deyib.

Vətən müharibəsi qaziləri sevimli komandirlərinin yüksək iradə, mənəvi keyfiyyətlərindən danışıb, hər bir əsgəri özünə dost, qardaş bildiyini minnətdarlıqla yada salıblar.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Şəhid zabitin anası Mətanət Quliyeva göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. O, Şuşa şəhərinə səfər təəssüratlarından danışaraq möhtəşəm Zəfərin qazanılmasında şəhid oğlunun da xidmətlərinin olduğuna görə qürur hissi keçirdiyini qeyd edib və gəlini Afət xanımla birlikdə nəvələri Damla ilə İncini şəhid atalarının adına layiq övlad kimi tərbiyə edəcəklərinə söz verib.

Tədbir hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!