Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
Noyabrın 7-də Çex Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən "Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonu A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi olub.
Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudikova, Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev açaraq, layihə çərçivəsində kənd məktəbinin mövcud üç korpusundan birinin dam örtüyünün tamamilə dəyişdirildiyini, ümumiyyətlə, binanın əsaslı təmir edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 4 sinif və 1 kompüter otağı ən müasir havalandırma sistemi ilə təmin olunub. 11 kompüter istifadəyə verilib ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə imkan yaradacaq.
Sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir müavini "Enerji səmərəliliyinin təmin olunması” layihəsinin reallaşmasına görə Çexiya səfirinə təşəkkürünü bildirib.
Səfir Milan Ekert layihənin ekoloji əhəmiyyətindən söz açıb. İnsanlar və ölkələr arasında körpülərin qurulmasının heç də asan olmadığını vurğulayan səfir Çexiya ilə Azərbaycan arasında yaxşı münasibətlərin, strateji anlaşmanın olduğunu vurğulayıb. Bildirib ki, hələ qarşıda müxtəlif sahələrdə bir çox əməkdaşlıq imkanları mövcuddur.
Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova çıxışında iki ölkənin bir-birinə həmişə dəstək olduğunu söyləyib, təhsilin keyfiyyətinin vacibliyini, bunun üçün yaxşı şəraitin yaradılmasının zəruriliyini diqqətə çatdırıb, məktəbin kollektivinə uğurlar arzulayıb.
Sonra qonaqlar kompüter və sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olublar.
Layihə çərçivəsində Qaravəlli kənd məktəbi ilə Çexiyanın "Studnitse u Naxoda” kənd məktəbi qardaşlaşıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!