“Şahdəniz Bravo” platforması və “Xankəndi” gəmisi
Dənizdə yaradılmış infrastruktur qazın hasilatında böyük rol oynayır
"Şahdəniz Bravo” platforması. "Şahdəniz-2”də quraşdırılmış bu qurğu əslində bir-birinə körpü vasitəsilə birləşdirilmiş iki platformadan ibarətdir. "Şahdəniz Bravo” qurğularının dayaq blokları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Platformaların üst modulları isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində "AMEK-Tekfen-Azfen” (ATA) konsorsiumu tərəfindən araya-ərsəyə gəlib.
Birinci platformanın - Yaşayış Blokları və Texnoloji Təchizat Platformasının üst modulları 2017-ci ilin iyun ayından Xəzərdədir. Bu qurğunun dənizə vaxtında yola salınması və müvəffəqiyyətlə quraşdırılması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyırdı. Çünki "Şahdəniz-2” layihəsi "Cənub qaz dəhlizi”nin birinci seqmentidir.
Platformalardan birincisinin konstruksiyasının çəkisi 12 min 400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub.
"Şahdəniz-2” üçün tikilən platformalardan ikincisinin - Hasilat və Dikborular Platformasının da üst modulları tikinti sahəsindən 2017-ci il sentyabrın 15-də yola salınıb və dənizdə quraşdırılıb.
Bu qurğuların tikintisinin uğurla başa çatdırılması 2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasiminin keçirilməsinə imkan verdi. Bundan bir qədər sonra - iyunun 30-da "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli qaz daşımalarına başlandı. İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq "Şahdəniz Bravo” platformasından ilk qaz əldə olundu.
Hazırda "Şahdəniz Bravo” qurğularından Səngəçal terminalına qaz və kondensat ixrac olunmaqdadır. Beləliklə, layihənin təhlükəsiz şəkildə və büdcəyə uyğun həyata keçirilməsi davam edir.
"Şahdəniz”də yeni quyular da qazılır. Onlar ölkəmizin ərazisindən, Gürcüstandan və Türkiyədən keçib artıq Avropaya doğru üz tutan Azərbaycan qazının mənbəyidir.
"Şahdəniz” yatağında işləyən, Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi” gəmisi isə 2017-ci il sentyabr ayının 6-da istismara verilib. Ən son texniki nailiyyətlərini özündə birləşdirən bu sualtı tikinti gəmisi "Şahdəniz-2” çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan "Xankəndi”nin Bakıda keçirilmiş rəsmi açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu gəminin önəmini vurğulayan faktdır.
Artıq xeyli vaxtdır "Şahdəniz” yatağı ərazisində uğurlu fəaliyyət göstərən "Xankəndi” gəmisi növbəti on il ərzində də burada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!