Şabrana turist marağı ilbəil artır
Şabran rayonunda tarixi keçmişimizi, mədəni və mənəvi irsimizi özündə yaşadan çoxlu abidə var. Rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar keçmiş haqqında zəngin məlumat mənbəyidir. Onlar arxeoloqlar və tarixçilər üçün elmi maraq kəsb etməklə yanaşı, turizmin inkişafına da təkan verən dəyərə malikdir. Təsadüfi deyil ki, Şabrana təşrif buyuran turistlərin sayı son dövrlər xeyli artıb.
Turizm potensialımız isə xeyli genişdir. Rayon ərazisində 150-yə yaxın tarix və mədəniyyət abidəsi mövcuddur. 21 abidə dövlət tərəfindən mühafizə edilən, qorunan abidələr siyahısındadır. Bu tarixi abidələrdən ən məşhuru Çıraqqaladır. Bu qala kompleksi eyni adlı sıldırım qayanın üzərində, 1232 metr hündürlükdə yerləşir. Çıraqqala əsrlərdir zamanın tufanlarına sinə gərərək ulularımızın şanlı tarixini bugünümüzə qədər yaşadıb. Rayonumuza gələn turistlərin çoxu bu tarixi kompleksi görmək istəyir.
Eyni zamanda Şabran Tarix Memarlıq Qoruğu, tarixi qədim dövrlərə gedib çıxan kəndlərimiz - Dağ Bilici, Şahnəzərli, Əmirxanlı, Uzunboyad turistlərin maraq dairəsindədir. Başa vurmaqda olduğumuz ildə bu abidələri 2726 turist ziyarət edib. Onların 2263-ü yerli, 463 nəfəri isə xarici ölkə vətəndaşıdır.
Turistlərin yüksək dəyər verdiyi məkanlardan biri də, sözsüz ki, “Qalaaltı” müalicə mərkəzidir. Bu mərkəz yüksək tələblərə cavab verən şəraiti və komfortu ilə seçilir. Kompleks füsunkar təbiətlə əhatələnməklə yanaşı, müasir memarlıq elementlərini özündə cəm edib. Qalaaltı suyu müalicəvi əhəmiyyətinə görə də dünya şöhrətli bir çox kurortu üstələyir. Təsadüfi deyil ki, ilin əvvəlindən 37 minə yaxın turist müalicə və istirahət üçün bu mərkəzi seçib. Onların 1990 nəfəri Avropa ölkələrindən gələnlər olub.
Rayonda qış turizminə də hazırlıq görülüb. Mütəxəssislər bu fəsildə də rayona böyük turist axınının gözlənildiyini bildirirlər.
Vəfa HÜSEYNOVA,
Şabran
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!