03 Sentyabr 2026 15:30
90
SİYASƏT
A- A+
ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır

ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır


Azərbaycanın dünya əhalisinin təxminən 40 faizini və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu özündə cəmləşdirən, nüfuzlu və həlledici mərkəzlərdən birinə çevrilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı və tədbirlərdə fəal iştirakı ölkəmizin Mərkəzi Asiya və bütövlükdə Avrasiya məkanında artan siyasi və diplomatik rolunun göstəricisidir. Bu fakt göstərir ki, Azərbaycan nəinki regionda, bütövlükdə Avrasiya məkanında etibarlı tərəfdaş kimi qəbul olunur.

Bu sözləri qəzetimizə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu ABDULLAYEV deyib.  O bildirib ki, Azərbaycanın formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ölkəmizə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir: “Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur. Ölkəmizin beynəlxalq platformalarda fəal iştirakında Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət mühüm rol oynayır. Məhz bu siyasi kurs Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradır. Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın böyük önəm verdiyi mühüm beynəlxalq platformalardan biridir”. 

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan bu platformalarda siyasi məsələlərlə yanaşı, nəqliyyat, logistika, enerji və iqtisadi əməkdaşlıq imkanlarını da ön plana çıxarır. Xüsusilə Orta dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Xəzər dənizindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilməsi ölkənin geoiqtisadi əhəmiyyətini artırır. Ölkəmiz Çin və Mərkəzi Asiya dövlətlərinin Avropa bazarlarına çıxışını təmin edən Orta dəhlizin ən vacib mərkəzidir. Çinlə strateji tərəfdaşlığın dərinləşməsi və “Bir kəmər, bir yol” təşəbbüsünə Azərbaycanın verdiyi töhfələr ŞƏT məkanının Avropa, Türkiyə və Yaxın Şərqlə əlaqələndirilməsində Bakını geoiqtisadi mərkəzə çevirir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu zəncir qlobal ticarət dövriyyəsinin şaxələndirilməsinə xidmət edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının aşırılma gücünün artırılması, müasir dəmir yolu və avtomobil magistrallarının istifadəyə verilməsi Azərbaycanın bu nəqliyyat şəbəkəsindəki çəkisini daha da artırır. Bununla, Azərbaycan ŞƏT məkanını digər Avrasiya məkanları, o cümlədən Türkiyə, Qara dəniz ölkələri və ümumilikdə Avropa ilə birləşdirən mühüm ölkə öz rolunu daha da gücləndirə bilər”.

Arzu Abdullayev qeyd edib ki, Orta dəhlizin önəmli qolu Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) Şərqlə Qərb, eləcə də Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birbaşa quru bağlantısını təmin etməklə regionun geoiqtisadi mənzərəsini köklü şəkildə dəyişmək gücünə malikdir: “Zəngəzur dəhlizi sadəcə iki ölkə arasında nəqliyyat bağlantısı deyil, bütövlükdə ŞƏT coğrafiyasının Cənubi Qafqaz və Türkiyə üzərindən dünya bazarlarına inteqrasiyasını sürətləndirən genişmiqyaslı layihədir. Bu marşrutun Vaşinqton sazişləri fonunda reallaşması regionda davamlı sülhün və iqtisadi tərəqqinin zəmanətinə çevrilir. Bu mühüm logistika zəncirində Naxçıvan Muxtar Respublikasının tutduğu mövqe strateji önəm kəsb edir. Naxçıvan Avrasiya bağlantı şəbəkəsinin və Zəngəzur dəhlizinin ən mühüm halqasıdır. Uzun illər blokada şəraitində yaşamış muxtar respublika bu layihələrin tam gücü ilə fəaliyyətə başlaması sayəsində regionun əsas logistik və ticarət habına çevrilmək imkanı qazanacaq. Naxçıvanın bu qlobal şəbəkəyə inteqrasiya olunması bölgəyə nəinki nəqliyyat və tranzit gəlirləri gətirəcək, həm də buraya xarici investisiyaların axınını sürətləndirəcək. Eyni zamanda yeni istehsal və xidmət sahələrinin yaranmasına, sosial-iqtisadi dirçəlişə böyük təkan verəcək. Muxtar respublikanın Türkiyə və İrana birbaşa çıxış imkanları ŞƏT ölkələrinin yük axınının optimal marşrutlarla paylanmasını təmin edəcək. Beləliklə, Naxçıvan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində təhlükəsiz və səmərəli qovşaq rolu oynayacaq. Bu da regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini əlavə edib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsindəki səmərəli fəaliyyəti, eyni zamanda Qazaxıstan, Özbəkistan və Qırğızıstanla qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, eləcə də Türkmənistanla dinamik inkişaf edən enerji və nəqliyyat-logistika əməkdaşlığı ölkəmizin Mərkəzi Asiya regionu ilə hüquqi, siyasi və institusional bağlarını köklü şəkildə möhkəmləndirir: “Bu çoxtərəfli regional inteqrasiya xəttinin mühüm zirvə nöqtəsi kimi 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu iştirakçı olaraq qoşulması ölkəmizin və Mərkəzi Asiya dövlətlərinin koordinasiyalı fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu, Xəzərin hər iki sahilində yerləşən ölkələrin ümumi iqtisadi maraqlarını, nəqliyyat-tranzit potensialını və regional təhlükəsizlik arxitekturasını vahid platformada birləşdirərək Avrasiya qitəsinin mərkəzində yeni güc və əməkdaşlıq qütbünün formalaşmasını şərtləndirir”. 

Müsahibimizin sözlərinə görə, digər mühüm istiqamət enerji sahəsində əlaqələrdir: “Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialı və Avropa enerji bazarlarına çıxışı ŞƏT məkanının enerji resursları ilə Avropa arasında əlavə bağlantı imkanları yaradır. Enerji mənbələrinin və ixracı yollarının şaxələndirilməsi Azərbaycanın ŞƏT qarşısında əsas üstünlüklərindən sayılır. Ölkəmizin enerji məsələləri kontekstində ŞƏT çərçivəsində üstünlüyü enerji istehsalının miqyasında deyil, enerji marşrutlarının şaxələndirilməsindədir. Azərbaycan enerji resurslarının Xəzər və Cənubi Qafqaz üzərindən Avropa bazarlarına çıxarılmasında mühüm bağlantı ölkəsidir. Eyni məntiq rəqəmsal infrastruktur və “Rəqəmsal İpək Yolu” layihələrinə də aiddir. Nəticə etibarilə, Azərbaycanın əsas strateji üstünlüyü ŞƏT məkanının bir hissəsi olmaqdan daha çox, Çin və Mərkəzi Asiyanı Xəzər, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirən kəsişmə nöqtəsi olmaqdır. Bu yanaşma Azərbaycanın regional tranzit ölkəsindən Avrasiyanın geoiqtisadi bağlantı mərkəzlərindən birinə çevrilməsi strategiyasını gücləndirir. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb

15:42
03 Sentyabr

Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

15:35
03 Sentyabr

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

15:35
03 Sentyabr

Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri 

15:33
03 Sentyabr

ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır

15:30
03 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

15:28
03 Sentyabr

Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib

15:25
03 Sentyabr

Edin Ceko Bosniya və Herseqovina millisi ilə vidalaşır

15:21
03 Sentyabr

Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib

15:14
03 Sentyabr

İsrail universitetinin vitse-prezidenti AzTU-da olub

15:07
03 Sentyabr

Mina ilə çirklənmiş şəhərlərin bərpasında siyasətin inteqrasiyası

15:00
03 Sentyabr

BMT emissiyaları təcili azaltmağa çağırıb

14:53
03 Sentyabr

Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici həlqə rolunu oynayır

14:46
03 Sentyabr

İşğaldan azad edilmiş 12 yaşayış məntəqəsində daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarizasiyası başa çatdırılıb

14:39
03 Sentyabr

Venesuela ABŞ və İtaliya şirkətləri ilə neft hasilatını artırmaq üçün yeni müqavilələr imzalayıb

14:31
03 Sentyabr

Norveç millisinin sabiq futbolçusu: “Sabah” bu il çox sürətlə ön plana çıxdı

14:24
03 Sentyabr

ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

14:17
03 Sentyabr

ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib

14:10
03 Sentyabr

Sabah hava əsasən yağmursuz keçəcək

14:03
03 Sentyabr

“AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

13:56
03 Sentyabr

Yaxın 2 gündə hava necə olacaq?

13:42
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!