15 Sentyabr 2026 08:40
142
Təhsil
A- A+
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Yeni tədris ilində 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu il ümumi təhsil müəssisələrində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq.

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir. Təqribən 124 min şagird I sinifdə təhsilə başlayacaq.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” və azad edilmiş ərazilərdə təhsil

Azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır. Yeni təhsil müəssisələri Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilanı əhatə edir.

Məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi heyət 123 nəfərdən ibarətdir. Ümumi təhsil müəssisələrində şagird sayı 4825, işçi heyət 700 nəfərdən ibarətdir.

Təhsil infrastrukturu yenilənir

Son 25 ildə 4 minədək məktəb binası tikilib və ya əsaslı təmir olunub, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Yeni tədris ilində 37 müəssisə fəaliyyətə başlayır; digər müəssisələrdə tikinti, əsaslı təmir və layihələndirmə işləri davam etdirilir.

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı modeli genişlənir. Ötən il model təxminən 4 min uşağı əhatə edib. Cari ildə əhatənin 10 min uşağa çatdırılması nəzərdə tutulur.

İcmaəsaslı qruplarda yerlərin sayı 23 mindən 36 minə çatdırılıb. Bu model ayrıca bağça infrastrukturu olmayan və ya mövcud bağçanın tələbatı qarşılamadığı kənd və ucqar yaşayış məntəqələri üçündür. Burada məqsəd yeni böyük infrastruktur yaratmadan təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır.

“Rəqəmsal bacarıqlar” və STEAM layihələri

Ötən tədris ilində “Rəqəmsal bacarıqlar” 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur. STEAM isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib və yeni tədris ilində onun əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Yeni təmayül tədris modeli 90 məktəbdə tətbiq ediləcək

Yeni təmayül tədris modeli layihəsi 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayıb, 2025–2026-cı tədris ilində isə 14 məktəbdə davam edib. Bu il layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Yeni tədris ilində layihənin 90 məktəbi əhatə etməsi nəzərdə tutulur.

Peşə ixtisasları kadr tələbatına uyğunlaşdırılır

Peşə təhsilinə qəbul 2021-ci illə müqayisədə əhəmiyyətli şəkildə artıb; 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur. Yeni ixtisaslar aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr tələbatına uyğunlaşdırılır.

Ali təhsildə əlçatanlıq

2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə 76 mindən çox abituriyent qəbul olunub və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş illik 75 min qəbul hədəfi vaxtından əvvəl yerinə yetirilib. Müəllimlik ixtisasları üzrə yerlər azaldılır, mühəndislik, informasiya texnologiyaları və təbiət elmləri üzrə qəbul imkanları genişləndirilir.

Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil

Yeni tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat səviyyəsi 125, magistratura səviyyəsi üzrə 356, doktorantura səviyyəsi üzrə isə 19 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!