23 May 2023 10:30
544
Təhsil
A- A+

Şəmkirin kəndlərində yeni məktəb binaları tikilir

 

Şəmkirdə təhsil müəssisələrinin mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi istiqamətində işlər davam edir. 
Son vaxtlar rayonun böyük təhsil müəssisələrindən olan Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey və Coşqun Abdıyev adına Zəyəm Cırdaxan kənd 2 saylı tam orta məktəb binaları yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 1 nömrəli tam orta məktəbdə  əsaslı təmir-bərpa işləri aparılır. Paralel olaraq bir sıra kiçik kəndlərdə modul tipli məktəblərin inşası həyata keçirilir. Yaxın günlər Ələsgərli kəndində 96 şagirdlik yeni modul tipli məktəb binasında son tamamlama işlərinin yekunlaşması gözlənilir. Məktəbdə tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.  

S.ƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video