Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
Bu gün burada danışmaq böyük şərəfdir. İyirmi ildir bu təşkilatda Azərbaycan nümayəndə heyəti ilə ölkəmizi təmsil edirik. 20 il əvvəl Azərbaycan bu təşkilata üzv olanda, böyük ağrıları var idi, torpaqları işğal altında idi. Bu illər ərzində burada ədalətsizliklərlə üzləşmişik, onun şahidi olmuşuq. Ədalətin bərpa edilməsinə çalışmışıq. Həmişə Avropa Şurasına böyük ağrılarla gəlmişik. Bu gün son dərəcə qürurluyam, ərazi bütövlüyünü, ədaləti bərpa edən ölkənin nümayəndəsi kimi fəxr edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurlarının inkişafına dair müzakirədə bəzi deputatların qərəzli çıxışlarına münasibət bildirərkən səsləndirib.
Monitorinq Komitəsinin rolu getdikcə daha vacib olduğunu söyləyən Səməd Seyidov deyib: “Bu gün artıq müharibə haqqında düşünməməliyik. Çünki artıq sülh razılığı əldə olunub. Azərbaycan və Ermənistan arasında bəyanat imzalanıb. İndi etimadın bərpası, yeni mühiti yaratmaq haqqında düşünməliyik. Regionumuza Avropa Şurasının dəyərlərini gətirməliyik. Ancaq təəssüflər olsun ki, bəzi qrupların gərginliyi hələ də səngiməyib. Onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Mövcud sülh prosesinə manelər yaratmağa çalışırlar. Bu kontekstdə düşünürəm ki, cənab Jensen tərəfindən təqdim edilən münaqişə ilə bağlı məruzə müəyyən tarazlığa xidmət edir. Bu, çox vacibdir. AŞPA-dakı həmkarlarımdan, dostlarımdan xahiş edirəm ki, belə tarazlığı qoruyub saxlasınlar. Tərəfkeşlikdən yayınsınlar. Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!