14 Fevral 2024 10:17
839
Mədəniyyət
A- A+
Səhnəyə bağlı ömür...

Səhnəyə bağlı ömür...

 

O iki böyük sənətkarın - Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın övladı idi. Firəngiz Şərifovanın atası qüdrətli aktyor, teatr və kino rejissoru, anası istedadlı teatr və kino aktrisası idi. Hər ikisi Xalq artisti adına layiq görülmüşdü.  Ancaq bu iki məşhur aktyorun qızının uşaqlıq illəri bəxtəvərlik içində keçmədi...
1924-cü ilin fevralında dünyaya gələn Firəngiz Şərifova həyatın kədər üzünü kiçik yaşlarından gördü. Azərbaycan teatr və kino sənətinin iki ulduzunun - Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ulduzları barışmadı. Onlar qızları balaca ikən ayrıldılar. 
Firəngiz Şərifova ömrünün ahıl çağlarında atası ilə bağlı iki xatirəni ürək yanğısı ilə danışırdı. Birində o, çox kiçikdi, anasının qucağındaydı. Atası evdən gedirdi. Balaca Firəngiz bu ayrılığın ağrısını duyurmuş kimi, qollarını geniş açıb, gücü yetdikcə ağlayırdı. Digər xatirəsində isə o, məktəbli idi. Gecənin yarısı hənirtiyə oyanan Firəngiz başının üstündə atasını görür. Abbas Mirzə qızının saçlarını oxşayırdı. Qəhərlənmişdi. Bir neçə gündən sonra - 1937-ci il dekabrın 4-də böyük aktyor öz evində həbs edildi. Həbs olunması barədə tərtib olunan arayışda yazılmışdı: "Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib". Abbas Mirzə Şərifzadə həbsxanada ağır işgəncələrə məruz qaldı. 1938-ci il oktyabrın 19-da məhkəmə ona güllələnmə hökmü verdi. Noyabrın 16-da hökm yerinə yetirildi. Ancaq qızı Firəngiz Şərifova bundan illər sonra xəbər tutdu. 1956-cı ildə ölümündən sonra Abbas Mirzə Şərifzadəyə bəraət verildi...
Firəngiz Şərifova ailənin yaxın dostu olan Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) Vokal fakültəsinə daxil oldu. Konservatoriyada beş il təhsil aldıqdan sonra 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olundu. Ancaq Firəngiz Şərifova teatr səhnəsi ilə hələ kiçik yaşlarından yalnız tamaşaçı kimi deyil, həm də balaca aktyor kimi tanış idi. O, dramaturq Cəfər Cabbarlının təkidi, atası Abbas Mirzənin razılığı ilə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər, sonra isə "Sevil"də Gündüz rollarında çıxış etmişdi.
Uzun illər Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından biri olmuş Mərziyyə Davudova altmış yaşı tamam olanda xəstə idi. Görkəmli aktrisanın yubileyi təntənə ilə qeyd olundu. Anasının yubiley mərasimindən sonra - 1960-cı il mayın 5-də Firəngiz Şərifova Akademik Milli Dram Teatrına işə qəbul edildi. Bu sənət ocağında 1965-ci il aprelin 1-dək çalışdı və qısa vaxt ərzində unudulmaz rollar yaratdı. Firəngiz Şərifova 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına döndü. Ömrünün sonunadək bu teatrın aparıcı aktrisalarından biri oldu.
O, aktrisa kimi zəngin yaradıcılıq yolu keçdi. Akademik Milli Dram Teatrının səhnəsində "Qış nağılı"nda Perdidata, "Qaçaq Nəbi"də Həcər, "Alov"da Rəfiqə Rəhimli, "Gözəllik və sevgi adası"nda ("Afrodita adası") Ket, "Dəlilər"də Erfila, "Od gəlini"ndə Gülgün, Musiqili Komediya Teatrında "Arşın mal alan"da Gülçöhrə, "Durna"da Durna, "Ulduz"da Ulduz və başqa maraqlı rolların mahir ifaçısı kimi tanındı.
Milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət uğurlarına görə Firəngiz Şərifova 1960-cı ildə Əməkdar artist,  1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görüldü. 2002-ci ildən Prezident təqaüdçüsü idi.
Atasının və anasının sənət yolunu böyük sevgi və məsuliyyətlə davam etdirmiş, Azərbaycan teatr sənətində silinməz izlər qoymuş Firəngiz Şərifova 2014-cü il fevralın 20-də vəfat etdi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

11:21
09 İyun

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

11:07
09 İyun

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

10:51
09 İyun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

10:41
09 İyun

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

10:31
09 İyun

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir  

10:14
09 İyun

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:08
09 İyun

Dünya birjalarında neft ucuzlaşıb 

10:01
09 İyun

Azərbaycan nefti 100 dollardan baha satılır

09:53
09 İyun

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb 

09:41
09 İyun

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

09:19
09 İyun

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

09:13
09 İyun

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09:01
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!