29 Mart 2024 15:41
204
CƏMİYYƏT
A- A+

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

 

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. Tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə növbəti belə tədbir bu gün Laçın şəhərində keçirilib. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar.

Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib.

Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib.

Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video