10 İyul 2026 15:30
2208
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyi: Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir

Səhiyyə Nazirliyi: Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir


Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb.

Mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Epidemik parotit daha çox peyvənd olunmayan və ya natamam peyvənd olunan şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.

Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, başağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir.

Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edir. Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur.

Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir.

Səhiyyə Nazirliyi bir daha bildirir ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır. Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!