"Dəmir yumruğ"un qüdrəti
VƏTƏNİN ŞƏHİD BALALARI
Şəhidlik ölümdən də yuxarı mərtəbəyə yüksəlməkdir!
Şəhidlik ölümsüzlüyə qovuşmaqdır!
Şəhidlik vətənsevərliyin ən ali nümunəsidir!
Şəhidlik ölümə qalib gəlməkdir!
Şəhidlik xalqın, hər bir ölkə vətəndaşının qəlbində əbədi məskən salmaqdır!
***
Şəhid təkcə bir ailənin kədəri, itkisi deyil!
Şəhid Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin itkisidir!
Şəhid xalqın, Vətənin itkisidir!
Şəhid hər bir elin-obanın, hər bir ailənin itkisidir!
Şəhid hər birimizin, hər bir vətənsevər azərbaycanlının itkisidir!
Əbəs deyilməyib:
Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!
Bəli, torpağı Vətənə çevirən şəhidlərdir!
***
Azərbaycan gənci uzun müddət dünyadan haqq, ədalət gözlədi...
Azərbaycan gənci torpağın işğalı ilə barışmadı...
Azərbaycan gənci səbir kasası daşanadək dözdü...
Sonda haqq, ədalət yerinə ikili standartlarla rastlaşdı!
ATƏT-in mənasız, boş və əhəmiyyətsiz "turist səfərləri"ni izlədi.
Ermənilərin yekəbaşlığına, onların müdafiəçilərinin və havadarlarının riyakar, ikibaşlı oyunlarına nifrətlə tamaşa etdi.
Dözə-dözə torpaqların işğaldan azad edilməsinə hazırlaşdı.
Nifrətini hərb elminin öyrənilməsinə, yeni silahlardan məharətlə istifadə bacarığının təkmilləşdirilməsinə yönəltdi.
Özünü Vətən torpağının murdar ləpirlilərdən təmizlənəcəyi günə - müqəddəs savaşa hazırladı!
Özünü son damla qanınadək Vətən uğrunda ölüm-dirim müharibəsinə hazırladı!
Özünü müqəddəs şəhidlik məqamına hazırladı!
Bir gün meydana çıxaraq hayqırdı!
Müzəffər Ali Baş Komandanın "İrəli!" əmrini gözlədiyini bəyan etdi!
"Şəhidlər ölməz, Vətən bölünməz!" - deyə nərə çəkərək Vətən torpağının bütövlüyü uğrunda ölümə də hazır olduğunu nümayiş etdirdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün yetişdirdiyi gənclərin önünə keçdi!
Özünün qurduğu və silahlandırdığı orduya hücum əmri verdi!
Hər bir Azərbaycan əsgəri və zabiti oda, alova çevrilərək düşməni yandırıb-yaxdı!
Hər bir silahdan açılan atəş düşməni cəhənnəmə vasil edərək qələbəni yaxınlaşdırdı!
Hər bir hücum yeni bir yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələndi!
***
Müzəffər Ali Baş Komandanın döyüşə apardığı Azərbaycan Ordusu 44 gün ərzində möcüzələr yaratdı:
* Otuz illik işğala, həsrətə son qoydu!
* Otuz ildə çəkdiyi əzabların əvəzini çıxdı!
* Otuz ildə başına gətirilənlərin qisasını aldı!
Ermənistanın “məğlubedilməz ordusu”nu da, “qalib erməni xalqı”nı da, Ermənistanın havadarlarını və müdafiəçilərini də, Ermənistana silah və dil verənləri də rəzil günə saldı!
* Ermənistan generallarını tülkü kimi Qarabağdan qaçmağa məcbur etdi!
* Erməni əsgər və zabitlərinin qorxaq və fərari olduqlarını sübuta yetirdi!
* Ermənistana verilən pulsuz texnikaları, silahları dəmir-dümür yığnağına çevirərək Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatı etdi!
Müzəffər Ali Baş Komandanımız təkcə hərb meydanında deyil, diplomatiya və informasiya müharibəsində də şəksiz qələbəmizi təmin etdi!
Müzəffər Ali Baş Komandan "dəmir yumruq"la düşmənin başını əzərək ona kapitulyasiya aktını imzalatdırdı!
Müzəffər Ali Baş Komandanımız hər bir şəhidimizin, hər bir qazimizin qisasını artıqlaması ilə aldırdı!
***
Düşmən həyasız, müdafiəçiləri isə abırsız və ədalətsizdirlər!
Gündə bir hava çalıb, Paşinyanı ortaya salırlar!
Gündə bir söz fırladıb, ermənini yenidən qızışdırırlar!
İtin dişi, donuzun dərisi - dart ki, dartasan!
Dəstək erməni diasporundan, maliyyə xaricdəki ermənilərdən, can isə ağılsız İrəvan və "Qarabağ erməniləri"ndəndir!
Diasporun pulu gedir, yoxsul erməninin isə canı.
Bu gün Ermənistandan qaçan qaçıb, xaricdə başını salamat saxlayır!
Yerdə qalanlar isə yoxsulluq içində boğulur, səksəkədə yaşayır, canını və malını itirir!
Çünki onları dinc qoymurlar, olmayan beyinlərinin yerinə "revanşizm" zəhəri doldururlar!
"Dəmir yumruq" isə daim hazır vəziyyətdədir!
"Qisas" əməliyyatı da, görünür, onlara dərs olmadı!
Yenə qaşındılar, yenə gicişdilər!
Yenə "dəmir yumruq" işə düşdü!
Yenə qırılanı qırıldı, qaçanı qaçdı, hərbi texnikası və silahları əsgərqarışıq məhv edildi!
***
Təəssüf ki, müharibə itkisiz olmur!
Təəssüf ki, qalib tərəf də tələfat verir!
Bu dəfə də şəhidlərimiz oldu!
Vətənin fəxri şəhidlər!
Torpağı Vətənə çevirən şəhidlər!
Xalqın istəklisi, əzizi, sevimli övladı sayılan şəhidlər!
Bizim hər birimizə qürur, fəxarət, başucalığı gətirən şəhidlər!
Ürəyimiz yansa da, gözümüzdən qanlı yaş axsa da, şəhidlərimizin qəhrəmanlığı, igidlik və şücaəti qəlbimizə bir təsəlli verir!
Azərbaycan şəhidi ölməzdən əvvəl öz qanını alıb, sonra əcələ təslim olur!
Azərbaycan şəhidi açıq alınla, Vətən sevgisi ilə əbədiyyətə qovuşur!
Bilir ki, onun əziz xatirəsi heç zaman unudulmayacaqdır!
Bilir ki, ona həyat bəxş edən anası daim məhəbbətlə, qayğı ilə əhatə olunacaqdır!
Bilir ki, balaları heç nədən korluq çəkməyəcək, daim ataları ilə fəxr edəcəklər!
Bilir ki, əsrlər və nəsillər dəyişsə də, heç zaman şəhidlər unudulmayacaq, daim hörmət və minnətdarlıqla anılacaqlar!
Başını dik tut, şəhid Anası!
Sən Vətənə qəhrəman övlad bəxş etmisən!
Başını dik tut, şəhid xanımı!
Sən qəhrəman Azərbaycan kişisini sevib-seçmisən!
Başını dik tut, şəhid balası!
Sənin atan əsl qəhrəman, qorxmaz döyüşçü, igid əsgər, əsl vətənpərvər olub!
Başın sağ olsun, Azərbaycan!
Şəhid balalarınla fəxr elə, onları isti qoynunda əbədi yaşat, Vətən!
Bəxtiyar SADIQOV