Şəhidimizlə fəxr edirik
Vətən müharibəsinin ilk günlərindən yüzlərlə qubalı gənc Ali Baş Komandanın çağırışı ilə ordu sıralarına yazıldı. Kiminin taleyinə şəhidlik zirvəsi yazıldı, kimisi də qalib kimi evinə, yurduna döndü.
Alın yazısı şəhidlik olan oğullardan biri də Tamerlan İlqar oğlu Əliyevdir. O, Rusiyanın Ufa şəhərində doğulmuş, orada böyümüşdü. Qubaya gəldiyi bir neçə il idi. Amma vətən sevgisini doğulandan dadmışdı.
Mən onu yaxından tanımırdım. Lakin barəsində o qədər xoş söz eşitmişəm ki, bəlkə yüz yaşlı bir insanın ömür kitabına yerləşdirmək olar onları. Eşidəndə ki, Qubada küçələrdən birinə Tamerlanın adı verilib, bir rayon sakini kimi sevindim. Çünki belə oğullar unudulmamalıdır.
Əvvəllər həmin küçə təmirsiz idi və bu, qubalıları çox üzürdü. Onun da çarəsi tapıldı. Rayon yerində xəbər tez yayılır. Eşitdik ki, həmin küçənin təmirinə başlanıb. Camaatımızın çoxu təmir günlərində yolunu oradan salırdı. Hamı da əlindən gələn köməyi etməyi özünə borc bilirdi.
İndi Tamerlanın adını daşıyan küçə Qubanın gözoxşayan ərazisinə çevrilib. Hər dəfə bu küçədən keçəndə içimdə bir qürur hissi yaşayıram. Birincisi, canını Vətənə qurban verən bir oğulun adını daşıyan küçədən keçdiyim, ikincisi də qədirbilən xalqın nümayəndəsi olduğum üçün.
Akif BƏŞİROV,
Quba rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
Xocavənddə partlayıcı vasitələr aşkarlanıb
26 Aprel
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
26 Aprel
Böyük yazıçı, alim və pedaqoq
26 Aprel
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
26 Aprel
“Azeri Light” markalı neft ucuzlaşıb
26 Aprel
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!