11 İyul 2022 16:34
769
CƏMİYYƏT
A- A+
Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi onun ata yurdunda qeyd edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun 50 illik yubileyi onun ata yurdunda qeyd edilib

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “ASAN könüllüləri” təşkilatının birgə təşkilatçılığı və ASAN Radionun informasiya dəstəyi ilə şəhid polkovnik-leytenant, kəşfiyyatçı Raquf Orucovun 50 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları, “ASAN könüllüləri”, mərhum kəşfiyyatçının xidməti dövründə komandirlik etdiyi hərbi hissənin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şahbulaq qalası ətrafında keçirilən tədbirdə əvvəlcə hərbi orkestrin Dövlət Himnini səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən müharibəsində qazanılan Zəfərin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin noyabrında düşmən işğalı altında olan torpaqları azad edən qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb, bu müqəddəs yolda canını fəda edənlərin ən uca zirvə olan şəhidliyə qovuşduğunu qeyd edib.

Şəhid komandirin döyüş yolu xatırlanıb, onun silahdaşları maraqlı döyüş xatirələrindən söhbət açıblar.

“ASAN könüllüləri” təşkilatı kəşfiyyatçı zabitin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti arasında “Əsgərə məktub” layihəsini həyata keçirib, eyni zamanda, onunla birgə xidmət keçmiş zabitlərlə ASAN könüllü gənclərin görüşü təşkil olunub.

Çıxış edənlər şəhid komandirin döyüş yolunun hər bir əsgər və zabit üçün örnək olduğunu qeyd edib və Aprel döyüşü qəhrəmanının yubiley tədbirinin onun ana yurdu olan işğaldan azad olunmuş Ağdamda keçirilməsi komandirin əziz xatirəsinə ən böyük ehtiram olduğu vurğulanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmkarlar komitəsinin sədri Rəşad Səfərov əsgərlər, şəhid ailələri və qazilərə göstərilən qayğı və diqqətin daim yüksək səviyyədə olduğunu bildirib.

Tədbirdə şəhid komandir Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək Raquf Orucovun ən böyük arzusunun Vətən torpağını işğaldan azad görmək olduğunu deyib: “Bu gün həm Ağdamı ziyarət edirik, həm də onun komandiri olduğu hərbi hissənin yaranma gününün qeyd olunması qəlbimizdə iftixar hissi oyadır”.

Qurban bayramı münasibəti ilə əsgərlərə bayram sovqatı çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!