17 Noyabr 2025 21:41
416
CƏMİYYƏT
A- A+
Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub  

Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən növbəti yaradıcılıq müsabiqəsinə yekun vurulub  


Bu gün uzun illər düşmən əsarətində olan torpaqlarımız işğaldan azad olunubsa, suverenliyimiz tamdırsa, Azərbaycanın hər guşəsində bayrağımız dalğalanırsa, bu, həyatını, canını, qanını Vətəninə fəda edən igidlərimiz sayəsindədir. Qəhrəman şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə yaşatmalı, xatirələrini əbədiləşdirərək gələcək nəsillərə çatdırmalıyıq.

Bu qəhrəmanlardan biri də şəhidliyinin 31 ili tamam olan, torpaqlarımızın azadlığı uğrunda əbədiyyətə qovuşan "Azərbaycan" qəzetinin əməkdaşı Elgün Dağbəyi oğlu İsmayılovdur. Cəmi 20 yaşında əbədiyyətə qovuşan Elgün İsmayılovun xatirəsi artıq 23 ildir çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında böyük ehtiramla yad edilir, xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsi təşkil olunur.

Hər il olduğu kimi, bu il də şəhidin doğum günündə redaksiya kollektivi İkinci Şəhidlər xiyabanına gedərək onun məzarını ziyarət edib, məzarı üzərinə çiçəklər düzərək ruhuna dualar oxuyublar.

Redaksiyada davam edən anım mərasimi Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov açaraq bildirib ki, redaksiya əməkdaşları Elgün İsmayılovun xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsinə həvəslə qoşulurlar: "Bu gün Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər Birinci Qarabağ savaşında canından keçən şəhidlərimizin əziz xatirəsinin gənclər üçün əsl qəhrəmanlıq məktəbi olduğunu sübut edir".

Baş redaktor vurğulayıb ki, 5 il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə xalqın qisası alındı və heç bir şəhidin qanı yerdə qalmadı: "Dövlət başçısının müharibəyə qədər apardığı çətin, qətiyyətli və diplomatik bacarıq tələb edən siyasət, eləcə də müharibənin hərb, diplomatiya və informasiya cəbhələrində qazanılan qələbə bizi qalib dövlətə çevirdi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi hərbi-siyasi qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Bu gün biz artıq qalib dövlətik, qalib xalqıq. Öz torpağına sahib çıxmağı, şəhidinin qisasını almağı bacaran qüdrətli dövlətik. Ərazimizdə bir nəfər də olsun separatçı, terrorçu yoxdur. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini də artıq beş ildir ki, Zəfər ovqatı ilə qeyd edirik. 30 il təqvimlərimizdə yer alan qara günlərin yerini indi bayram günləri əvəzləyib. Bu qalibiyyət xoşbəxtliyini bizə ürəklərində vətən sevgisi daşıyan, gözlərini qırpmadan düşmənə sinə gərib ölümün üzərinə gedən qəhrəman oğullarımız bəxş ediblər".

Sonra müsabiqənin nəticələri elan edilib.

Redaksiyanın əməkdaşları Vahid Məhərrəmov, Züleyxa Əliyeva və Ülkər Xaspoladova vətənpərvərlik mövzusunda məqalələrinə görə qalib elan olunublar.

Qeyd edək ki, 1974-cü il noyabrın 16-da Bakıda dünyaya göz açan Elgün İsmayılov 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində Füzuli rayonuna göndərilib. Bir il sonra - 1994-cü ilin yanvarında briqadanın yeri dəyişdirilərək Kəlbəcər bölgəsinə - Murovdağ istiqamətinə göndərilib. Burada bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. Elgün İsmayılov həmin il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatların gətirilməsi üçün yola çıxan 4 nəfərlik kəşfiyyat dəstəsində yer alıb. Bu tapşırıq zamanı düşmən hücumuna məruz qalan və son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalan Elgün İsmayılov Bakıda torpağa tapşırılıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!