11 Fevral 2025 09:10
2588
Oxucu məktubları
A- A+
Sədan kəndində kitabı çox sevirlər

Sədan kəndində kitabı çox sevirlər


Kitaba, mütaliəyə marağın azalması indi cəmiyyəti rahatsız edən məsələyə çevrilmişdir. Amma nə yaxşı ki, bizim Siyəzəndə kitabsevərlər çoxdur. Kitab oxumaq ənənəsi Siyəzəndə, əsasən də rayonun kəndlərində davam edir.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin 9 saylı Sədan kənd kitabxanasında  hətta vaxtaşırı müxtəlif tədbirlər də keçirilir. Kitabxanamız ətraf rayonlara və respublikamızın görməli yerlərinə səfərlər təşkil edir, ayrı-ayrı bölgələr arasında mədəni əlaqələri genişləndirir. Son bir ildə burada onlarla tədbir keçirilib. Şəhid ailələri ilə görüş, rayon yazarlarının kitablarının təqdimatı, Vətən müharibəsi qazilərinin evlərində ziyarət edilməsi, kəndin yaxşı oxuyan şagirdlərinin arasında bilik yarışmalarının keçirilməsi  bunların yalnız bir neçəsidir.

Qazilərlə görüş maraq doğuran tədbirlərdən biridir. Qeyd edim ki, kəndin  dörd  gənci İkinci Qarabağ savaşında müxtəlif  dərəcəli zədələr almışdır. Kənd kitabxanası kollektivinin təklifi ilə sakinlər onların bütün problemlərini öz üzərinə götürüblər. Ailəli olanların mal-qaralarının saxlanılmasına kömək  göstərilir. Çətinlik yarananda sakinlər yığışaraq məsələni birlikdə həll edirlər. Qazilərimizin tək biri subaydır. Yaxın vaxtlarda o da ailə quracaq. Toyunda hamılıqla iştirak edəcəyik. 

Rayonun qələm sahibləri ilə sakinlərin görüşü də maraqlı keçir. Deyim ki, sədanlılar  şair təbiətli insanlardır. Kənd kitabxanasında keçirilən görüşdə qonaqlarla yanaşı,  yerli ədəbiyyat həvəskarları da  öz  yaradıcılıq nümunələri  ilə iştirakçıları tanış edirlər. Kəndin iki şairinin isə artıq 3 kitabı işıq üzü görüb. 

Bu kəndin  insanları elmə, təhsilə də çox meyillidirlər. Kitabxanada ali məktəb tələbələrinə yardım məqsədilə  ayrıca fond  yaradılıb. Fond ehtiyacı olanlara təhsillərini davam etdirmələri üçün yardım göstərir. 

Kənd kitabxanasının ənənələrindən biri də tətil günlərində şagirdlərin respublikamızın tarixi yerlərinə səfərlərinin təşkilidir. Nəqliyyat məsələsini kəndin imkanlı adamları həll edirlər. Belə gəzintilərdən sonra hamı  kənd kitabxanasına toplaşır,  hər kəs öz təəssüratlarını bölüşür.

Bunları yazmaqla bildirmək istəyirəm ki,  belə  tədbirlər  insanları birləşdirir. Məhz bunun nəticəsində   sədanlıların  çoxlu dostu var. Sədanlılar  həm də dostcanlı, dostluğa etibarlı olan insanlardır.


Amin MURADZADƏ,

Siyəzən  rayonunun Sədan kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!