28 May 2025 08:10
542
SİYASƏT
A- A+
Sarsılmaz müstəqillik və güclü dövlətçilik

Sarsılmaz müstəqillik və güclü dövlətçilik


Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü qeyd edir. 28 may 1918-ci ildə müsəlman Şərqinin ilk demokratik və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə XX əsrdə müstəqil dövlətçiliyimizin təməli qoyuldu. Bununla da xalqımızın zəngin dövlətçilik salnaməsinin yeni səhifəsi yazıldı. 

Müstəqillik hər bir xalqın ən böyük maddi və mənəvi sərvətidir. Dünyada azadlıqdan şirin heç nə yoxdur.  Ona görə xalqımızın qabaqcıl ziyalıları 1918-ci ildə yaranmış əlverişli şəraitdən uğurla yararlanaraq Azərbaycanın müstəqilliyinə nail oldular. Ən əsası odur ki, dövlətçilik irsimizin parlaq ?səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli özünüdərkinin və oyanışının məntiqi nəticəsi idi.  İstiqlal Bəyannaməsi ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli dövlətin qurulduğu bəyan olundu. Azərbaycanın dövlətçilik tarixində ilk Konstitusiya aktı olan bu sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı, onun prioritetlərini və məramını da elan etdi. Xalqımızın müstəqillik salnaməsinin bu dəyərli və parlaq sənədinə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq ən obyektiv tarixi qiyməti Ulu Öndər Heydər Əliyev vermişdir: "Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Lakin bu qısa dövrdə Cümhuriyyətin qurucuları elə bir fəaliyyət həyata keçirdilər ki, müstəqil dövlətçilik ideyaları xalqımızın ruhuna hakim kəsildi. Öncə onu qeyd edək ki, Cümhuriyyət tarixi bir sıra əlamətdar hadisələrlə zəngindir. Bunlardan ən mühümü isə Bakının 1918-ci ilin sentyabrında erməni-bolşevik işğalından azad edilməsidir. Cümhuriyyətin baniləri  müstəqilliyimizi elan etdikdən sonra olduqca gərgin bir şəraitdə dövlətçilik fəaliyyəti həyata keçirmiş, bütün çətinliklərə rəğmən dövlər quruculuğu istiqamətində mühüm nailiyyətlərə imza atmışlar. 

Bütövlükdə, Azərbaycan dilinin dövlət dili elan edilməsi, üçrəngli bayrağımızın təsdiq olunması, hərbi nazirliyin, parlamentin və digər dövlət qurumlarının yaradılması, məhkəmələrin fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlığı haqqında və bir sıra digər qanun və qərarların qəbulu, xarici dövlətlərlə əlaqələrin qurulması Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi dövlət quruculuğunun uğurları idi. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında" qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ildə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması isə təhsil quruculuğu və milli kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Bu sahədə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi idi ki, artıq 1920-ci ilin əvvəllərində Azərbaycan dövlətinin müstəqilliyi beynəlxalq səviyyədə tanınırdı. Bu da 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

1920-ci ildə Cümhuriyyətin süqutu və Azərbaycanın bolşeviklər tərəfindən işğalı göstərdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən çətindir. Amma Cümhuriyyət süqut etsə də, xalqımız müstəqillik ideyalarını qəlbində əbədi yaşatdı və günlərin birində yenidən öz azadlığına nail olacağına inandı. Bu inam isə 1991-ci ildə reallığa çevrildi. Həmin il oktyabrın 18-də tarixi varislik üzərində Azərbaycanın dövlət müstəqilliyi elan edildi.

Lakin müstəqilliyimizin ilk illərində respublikamızda cərəyan edən mürəkkəb proseslər perspektivdə yaxşı heç nə vəd etmirdi. Həmin dövrdə hakimiyyətdə bir-birini əvəz edən marginal qruplar yenicə qazanılmış müstəqilliyin təməllərinin  möhkəmləndirilməsi üçün heç bir iş görmədilər, dövlət quruculuğu həyata keçirmədilər. Bütün bunlar və idarəçilikdə buraxılan kobud boşluqlar nəticə etibarilə cəmiyyət həyatının bütün sferalarında dərin və sonu görünməyən böhranlara gətirib çıxardı. Azərbaycana rəhbərlik edənlərin naşı və xəyanətkar fəaliyyətləri Ermənistanın Azərbaycana qarşı işğalçılıq planlarının genişlənməsinə və respublikamızın ərazisində separatçılığın baş qaldırmasına da rəvac vermişdi.

Məhz belə bir gərgin dövrdə xalqın istək və təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizin itirilməsinin, dövlətçiliyimizin məhv olmasının qarşısını aldı. Məhz Heydər Əliyevin müdrikliyi nəticəsində respublikamız Xalq Cümhuriyyətinin taleyini yaşamadı. Bütün böhranlara son qoyan, müstəqilliyimizi möhkəmləndirən Ulu Öndər Heydər Əliyev bu gün uğurları ilə fəxr etdiyimiz müasir Azərbaycan dövlətini yaratdı. Bu gün dönüb tarixə ekskurs edəndə, olub keçənləri bir daha təhlil edəndə görürük ki, 1993-cü ildə yaranmış vəziyyətin nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin ömrü 23 aydan da qısa ola bilərdi. Odur ki, biz bu gün müstəqil Azərbaycanda yaşadığımıza görə məhz Heydər Əliyevə minnətdarıq.

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyaraq daha da güclənib. Güclü dövlətçilik həm təməlləri möhkəm olan müstəqillik, həm də qarşıda dayanan bütün hədəflərə uğurla çatmaq deməkdir. 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ildə ərazilərimizdə erməni separatizminə son qoyulması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsinin möhtəşəm təntənəsidir. Bu gün üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanması Zəfərimizi, güclü Azərbaycanı və təməlləri sarsılmaz olan müstəqilliyimizi simvolizə edir. 

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz sarsılmazdır, dönməzdir və əbədidir. Heç bir qüvvə Azərbaycanın müstəqilliyi üçün təhdid və təhlükə yarada bilməz. Güclü Azərbaycan dövlətinin qarşısında bütün təhdid və təhlükələr iflasa məhkumdur. Müstəqillik Günümüz mübarək olsun!


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!