01 May 2024 12:22
190
DÜNYA
A- A+

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə üzv dövlətlər arasında qərarların qəbulunda ikili standartların mövcud olduğunu düşünür.

AZƏRTAC xəbər verir ki, Şarl Mişel bu fikri İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Avropa Komissiyası siyasiləşmiş qurum olmamalı, neytrallığa və obyektivliyə hörmət etməlidir.

Avropa İttifaqının genişlənməsi məsələsini şərh edən Şarl Mişel 2004-cü ildə təşkilata yeni üzvlərin qoşulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 20 il öncə Aİ-yə yeni ölkələr daxil olmasaydı, onların arasında “yeni dəmir pərdə” yaranacaqdı. Avropa İttifaqı Şurasının Prezidenti, eyni zamanda, qurumda yekdil qərarların qəbulu ilə bağlı getdikcə artan problemin mövcudluğunu da etiraf edib.

Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqının növbəti genişlənməsi tarixi bir an olacaq. “Böyüklüyünə, kənd təsərrüfatının həcminə və müharibəyə görə Ukraynanın Aİ-yə üzvlüyü üçün xüsusi keçid dövrü lazımdır”, - deyə siyasətçi əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video