“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 419; 2001, № 3, maddə 143; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2007, № 11, maddə 1052; 2009, № 12, maddə 968; 2014, № 10, maddə 1153; 2016, № 6, maddə 980; 2017, № 12 (I kitab), maddə 2200; 2018, № 4, maddə 644, № 7 (I kitab), maddə 1385; 2019, № 1, maddə 36) 18-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.”.
Maddə 2. "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673, 696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47; 2016, № 1, maddə 22; 2018, № 5, maddə 849; 2019, № 1, maddə 20, № 11, maddə 1689) 21-ci maddəsinin birinci hissəsinin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:
"balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının "Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi.”.
Maddə 3. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014,
№ 4, maddə 338, № 10, maddə 1152; 2016, № 12, maddə 2011; 2017, № 2, maddə 142, № 6, maddə 1013; 2018, № 7 (I kitab), maddə 1398; 2019, № 1, maddə 20; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 56-VIQD nömrəli və 1 may tarixli 71-VIQD nömrəli qanunları) 44-cü maddəsinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
"2-1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və "Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2020-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!