22 May 2025 09:40
1924
Oxucu məktubları
A- A+
Sahibsiz itlərə sahib çıxaq

Sahibsiz itlərə sahib çıxaq


Şəhərimiz sahibsiz itlər problemi ilə uzun illərdən bəri qarşı-qarşıyadır. Küçələrdəki sahibsiz itlər həm insanlar, həm də heyvanların özləri üçün problemlər yaradır. Baytarlıq nəzarətindən kənarda qalan bu heyvanlar çox vaxt quduzluq kimi infeksiyalar daşıyırlar ki, bu da insanlar üçün ciddi təhlükədir.

Son illər sahibsiz itlərə olan münasibət ölkəmizdə köklü şəkildə dəyişib. Artıq onlar təkcə küçədə qalan, görməzlikdən gəlinən varlıqlar deyil, insanların mərhəmətini qazanan, qayğı göstərilən canlılar kimi qəbul olunurlar. Bir vaxtlar qorxu və laqeydliklə qarşılanan bu canlılara indi daha çox anlayış və mərhəmət göstərilir. Artıq insanlar küçə itləri üçün  məsuliyyət hiss etməyə başlayıblar. Bu dəyişimin arxasında həm cəmiyyətin artan həssaslığı, həm də fəaliyyət göstərən təşkilatların əməyi dayanır.

Bu baxımdan, IDEA Heyvanlara Qayğı Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Küçədən toplanan itlər mərkəzdə ilk olaraq tibbi müayinədən keçirilir, sağlamlıq problemləri aradan qaldırılır, sterilizasiya olunur, peyvəndləri vurulur və psixoloji adaptasiya prosesinə daxil edilirlər. Hər bir it fərdi olaraq izlənilir, peyvəndlənən itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, onların ehtiyaclarına uyğun şəkildə baxım göstərilir.

Mərkəzin əsas məqsədi bu canlıların təhlükəsiz bir mühitdə yaşamasını təmin etməklə yanaşı, onlara yenidən həyat qazandırmaq və sevgi dolu evlərə sahibləndirməkdir. Bunun üçün mütəmadi olaraq sahibləndirmə kampaniyaları təşkil olunur, sosial şəbəkələrdə onların fotoları və hekayələri paylaşılır. Bir çox itlər bu yolla yeni ailələrinə qovuşur, küçə həyatı onlar üçün artıq keçmişdə qalır.

Cəmiyyətdə də bu istiqamətdə ciddi dəyişikliklər müşahidə olunur. İnsanlar sahibsiz itlərə münasibətdə daha anlayışlı və diqqətli davranmağa başlayıblar. Küçələrdə su qabları, qida qutuları qoyulur, insanlar gündəlik həyatlarında bu canlılara yardımçı olmaq üçün təşəbbüs göstərirlər. Xüsusilə uşaqlara və gənclərə heyvanlarla mərhəmətli davranmaq vərdişi aşılanır.

Bütün bu təşəbbüslər bir məqsədə xidmət edir - sahibsiz heyvanlara sahib çıxmaq, onları cəmiyyətin sevgi və qayğı dolu bir hissəsinə çevirmək. Bu gün küçələrdəki səssiz canlara göstərilən diqqət və qayğı cəmiyyətimizin nə qədər inkişaf etdiyini, insani dəyərlərə nə qədər önəm verdiyini göstərir. Bu dəyişikliklər  insanların mərhəmətli bir gələcəyə doğru addımladığını sübut edir.

Əlbəttə, bütün problemlər hələ də tam həll olunmayıb. Sahibsiz itlərin sayı hələ də çoxdur, bəziləri insanlara yaxınlaşmaqdan qorxur, bəziləri isə hələ də zorakılığa məruz qalır. Amma ən önəmlisi odur ki, artıq bu məsələyə göz yumulmur. İnsanlar bu canlıların da yaşamaq haqqı olduğunu, acı çəkməyə layiq olmadıqlarını qəbul etməyə başlayıblar.

İctimai təşəbbüslər də bu dəyişimin bir hissəsidir. Müxtəlif sosial qruplar, könüllülər, tələbələr tərəfindən təşkil edilən qida toplama kampaniyaları, sahibləndirmə çağırışları və sosial mediada paylaşılan hekayələr daha geniş kütlələrin diqqətini çəkir. İnsanlar bir dəfə bir itin gözlərinə baxanda onun da qorxu, ümid və sevgi hiss edə bildiyini görür və bu da kifayət edir ki, münasibətlər kökündən dəyişsin.

Bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxs yaradılmışdır. Belə bir qurumun fəaliyyətə başlaması problemin həllinə ciddi kömək olacaq. Xüsusən də ona kifayət qədər vəsaitin ayrılması problemin həllinə uğurlu töhfədən xəbər verir.

İnanırıq ki, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" ilk günlərdən məsələnin çözülməsinə ciddi yanaşacaq, sahibsiz itlərə sahib çıxaraq insanları təhlükəsiz və qorxusuz gəzib dolanmalarına köməyini göstərəcəkdir.

Sahibsiz itlərə göstərilən qayğı, münasibətdəki dəyişiklik, əslində, cəmiyyətin öz daxili dəyişiminin əksidir. Bu, sadəcə heyvan sevgisi deyil, bu həm də insanlıqdır. Nə qədər ki bir cəmiyyət ən zəif, ən müdafiəsiz canlılara sahib çıxır, deməli, o cəmiyyət güclü və sağlam bir yoldadır.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!