27 Aprel 2022 21:58
1675
PARLAMENT
A- A+
Sahibə Qafarova: Azərbaycan-Gürcüstan əlaqələri regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verir

Sahibə Qafarova: Azərbaycan-Gürcüstan əlaqələri regional sabitliyə və əməkdaşlığa mühüm töhfələr verir

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 27-də ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin sədri qonağı salamlayaraq, Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğunu bildirib, səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü olduğunu vurğulayaraq qeyd edib ki, əlaqələrimiz uğurlu inkişaf yolu keçib və strateji tərəfdaşlıq münasibətlərimiz möhkəm təməllər üzərində qurulub. Azərbaycan və Gürcüstanın iki mehriban qonşu və dost ölkələr olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, əlaqələrimiz regional sabitlik və əməkdaşlığa da mühüm töhfələr verir.

Parlamentin sədri ikitərəfli münasibətlərin inkişafında qanunverici orqanlarımızın mühüm rol oynadığını qeyd edərək, bu il aprelin 19-20-də Gürcüstana rəsmi səfərini və səfər çərçivəsində keçirilən görüşləri xatırladıb. O deyib ki, parlamentlərimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Parlament komitələrinin işi vasitəsilə ali qanunverici orqanlar arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox faydalıdır.

Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, aparılan danışıqların məhsuldar olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafının zəruriliyini diqqətə çatdırıb.

İliya Darçiaşvili əlaqələrimizin dərinləşməsində parlamentlərin özünəməxsus rol oynadığını söyləyib. O, Milli Məclis sədrinin Gürcüstana səfərini yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, bu səfər əlaqələrimizin daha da inkişafına töhfə verəcək.

Gürcüstanın xarici işlər naziri regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, onun ölkəsi sülhpərvər siyasət həyata keçirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!