28 Avqust 2024 08:50
557
İQTİSADİYYAT
A- A+
Sabit iqtisadi inkişaf, davamlı büdcə profisiti və aşağı dövlət borcu

Sabit iqtisadi inkişaf, davamlı büdcə profisiti və aşağı dövlət borcu

 

Bunlar investorları ölkəmizə cəlb edən əsas şərtlərdir

 

Bu gün Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 1,5 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 0,4 faiz çoxdur. 
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği isə 186,5 milyon dollar olub. Son dövrlər aparılan islahatlar, məsələn, sənaye parklarının, sənaye məhəllələrinin fəaliyyəti, Qarabağda və Şərqi Zəngəzurdakı sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının yaradılması xarici investorlarda ölkəmizə böyük maraq yaradıb. Xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə yatırmaq istəyən xarici investorların sayı daha çoxdur.
Bu reallıq "Fitch Ratings" beynəlxalq kredit reytinqi agentliyinin diqqətindən yayınmayıb. Agentlik öz reytinq cədvəlində Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (IDR) sabit proqnozla BB+dan BBB-yə yüksəldib. Məlumat üçün bildirək ki, "Fitch Ratings"  dünyada reytinq agentliyi kimi tanınan şirkətdir. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatlarını hazırlamaqdır. Qeyd olunan məlumatdakı BB kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi, BBB isə kredit qabiliyyətinin  kifayət qədər yüksək səviyyəsi deməkdir. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, bu qiymət Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını göstərir, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir. Onun sözlərinə görə, reytinq agentliyinin məlumatında Azərbaycanın suveren xarici valyuta aktivlərinin 2024-cü ildə 74 milyard dollara çatacağı qeyd olunur ki, bu da proqnozlaşdırılan ÜDM-in 98 faizini təşkil edir. Qeyd edək ki, bu ehtiyatların əsas hissəsi Dövlət Neft Fonduna məxsusdur. Aktivlərin yüksək səviyyəsi Azərbaycanın xalis suveren aktiv mövqeyinin BBB və A reytinqli (kredit qabiliyyətinin yüksək səviyyəsi) suverenlər arasında ən yüksək mövqedə qalmasını təmin edir. 
Hesabatda göstərilir ki, cari əməliyyatlar hesabının profisitinin proqnozlaşdırılan azalmasına baxmayaraq, Azərbaycan yüksək neft və qaz gəlirləri ilə dəstəklənən BBB kateqoriyasında liderliyini davam etdirəcək. "Fitch Ratings"  həmçinin Azərbaycanın xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154 faizə qədər möhkəmlənəcəyini və BBB suverenləri arasında ən güclü olacağını təxmin edir.
Bundan əlavə, "Fitch Ratings"in  hesabatında hökumət borcunun 2026-cı ilə qədər aşağı səviyyədə qalaraq ÜDM-in 22,7 faizə qədər artacağı proqnozlaşdırılır. Paralel olaraq, hökumət tərəfindən aparılan inflyasiyaya nəzarət tədbirlərinin effektivliyi vurğulanaraq, onun 2024-cü ildə hədəf inflyasiyadan aşağı səviyyədə - orta hesabla 3,5 faiz olacağı güman olunur. Eləcə də Qarabağın bərpasının müsbət təsirləri səbəbindən iqtisadi artımın tsiklik olaraq 3,2 faizə qədər bərpa olunduğu qeyd edilir. 
İİTKM-in şöbə müdirinin sözlərinə görə, "Fitch Ratings" tərəfindən Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi ölkəmizin sabit iqtisadi vəziyyətinin və maliyyə sağlamlığının vurğulanması deməkdir ki, bu da gələcək investisiyalar üçün vacib şərtdir. Azərbaycanın sabit iqtisadi inkişafı, davamlı büdcə profisiti və aşağı dövlət borcu investorlara hər ölkədə rast gəlinməyən stimul verir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!