Saatlı: 41.600 tondan çox “ağ qızıl” hazırdır
Bu, son hədd deyil
Ölkədə pambıq yığımı başa çatmaq üzrədir. Saatlı rayonunda da pambıqçıların builki nailiyyətləri sevindiricidir. Cari ildə rayonun təsərrüfatlarında 13,741 hektar sahədə pambıq əkilmiş, becərmə dövründə bəzi ərazilərdə tarlaların suvarılmasında sudan korluq olsa da, görülən tədbirlər öz bəhrəsini vermişdir.
İndiyədək tədarük məntəqələrinə 41.635 ton "ağ qızıl” təhvil verilmişdir. Rayon üzrə hər hektarın orta məhsuldarlığı 30 sentnerə çatır. Hələ tarlalarda xeyli məhsul var. Əlverişsiz hava şəraitinə baxmayaraq, Saatlı pambıqçıları böyük zəhmət bahasına yetişdirilmiş məhsulu son qramınadək yığıb təhvil vermək əzmindədirlər.
MKT İK, "P-Aqro”, "Aqro Az”, "Azər-Pambıq” Məhdud Məsuliyyətli cəmiyyətlərin Saatlı filialları rayonda pambıqçılığın mütərəqqi texnologiyalar, innovativ üsullar əsasında inkişaf etdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərirlər. Torpaq istifadəçiləri ilə bağlanılan müqavilələr əsasında MKT İK MMC-nin filialı 4691 hektar, "Aqro Az” MMC-nin filialı 4500 hektar sahədə pambıq əkilib-becərilməsini, eyni zamanda aqrotexniki tələblərə ciddi əməl olunması hesabına yetişdirilmiş bol məhsulun itkisiz yığılıb tədarük olunmasını təmin etmişlər. Rayonda pambıqçılıqla məşğul olan digər şirkətlərin nümayəndəlikləri də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov söhbət zamanı bu barədə belə dedi:
- Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, o cümlədən pambıqçılıqda əvvəlki şöhrəti qaytarmaq barədə tapşırıq və tövsiyələri ölkənin pambıqçılıqla məşğul olan bütün bölgələrində böyük dönüş yaratdı. Bizim rayonda da dövlətin dəstəyindən, qayğı və diqqətindən güc alan torpaq istifadəçiləri pambıqçılığın yeni inkişaf mərhələsinin ilk günlərindən qabaqcıl mövqeyə çıxdılar. Onlar cari ildə 41.635 ton "ağ qızıl” istehsal etmişlər. Qazanılmış nailiyyətdə təbii ki, hər bir əməkçinin payı var. Cəlil Süleymanov, Famil Əzimov, Eminağa Ağayev, Elxan Hüseynov, Qurban Sərdaroğlu kimi pambıq ustalarının adlarını rayonda hamı hörmət və ehtiramla çəkir.
Cari ildə pambığın əkilib-becərilməsinə, yetişdirilmiş məhsulun yığılıb tədarük edilməsinə minlərlə işçi qüvvəsi cəlb edilmiş, əmək qabiliyyətli kənd əhalisinin böyük əksəriyyəti üçün sərfəli iş yerləri açılmışdır. Pambıqçılıqda çalışan ailələrin büdcəsinə istehsal olunan pambığın qarşılığında milyonlarla manat vəsait daxil olmuşdur.
Qazanılan nailiyyət heç kəsdə arxayınçılıq yaratmır. Məqsəd qarşıdakı illərdə bu nailiyyəti daha da artırmaqdır.
Lazım QULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!