Ruslan Abışov: "Uğursuzluq seriyasına son qoymaq istəyirik"
Sentyabr ayının 2-də və 6-da futbol üzrə milli komandamız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti oyunlarını keçirəcək.
Əvvəl Belçika millisini qəbul edəcək komandamız ardınca Qazaxıstan yığmasını sınağa çəkəcək.
Milli komandamızın baş məşqçisi Berti Foqtsun postunda qalıb-qalmayacağını həll edəcək bu qarşılaşmalar öncəsi yığmamızın və "Neftçi" klubunun aparıcı futbolçusu Ruslan Abışovla görüşüb söhbət etdik. Komandamızın hazırkı vəziyyətinin necə olduğu, futbolçuların bu oyunlara necə hazırlaşdıqları barədə məlumat aldıq.
Ruslan Abışov komadanın hazırlıq səviyyəsinin çox yaxşı olduğunu qeyd etdi:
"Milli komandanın növbəti təlim-məşq toplanışı oldu. Hazırlıq qısa müddəti əhatə etsə də, biz çox iş həyata keçirə bildik. Güclü və zəif tərəfimizi gördük".
Gənc müdafiəçi seçmə oyunlar öncəsi ətraflı danışmaq istəmədiyini bildirdi: "Seçmə mərhələnin oyunlarına ciddi hazırlaşmışıq. Həm klubda, həm də yığmada buna böyük diqqət ayrılır. Nəticə qazana bilməyəndən sonra deyirlər ki, bunlar danışmaqdan başqa heç nə bilmirlər. Əslində, biz futbol oynamağı bacarırıq. Amma bəzən şans yanımızda olmur. Odur ki, seçmə mərhələsinin oyunlarından əvvəl geniş açıqlama vermək istəmirəm."
R.Abışov onu da qeyd etdi ki, məqsədimiz sentyabrın 2-də Belçika, 4 gün sonra isə Qazaxıstanla oyunlarda maksimum nəticə qazanmaqdır: "Azərbaycan millisi üçün hər bir oyun böyük əhəmiyyət kəsb edir. Artıq bu uğursuzluqlara yox deməyin vaxtıdır. Çünki bizim qrupdakı yerimiz yaxşı deyil. Hər bir xal bizə hava-su kimi lazımdır. İndi konkret deyə bilmərəm ki, biz hər iki oyunda qələbə qazanacağıq. Əlimizdən gələni etməyə çalışacağıq. Bildiyiniz kimi, Belçika qrupumuzda ən güclü iki komandadan biridir. Sözsüz ki, məqsədimiz bu qarşılaşmadan qələbə ilə ayrılmaqdır. Ən azından bir xal da pis nəticə olmaz. Belçikalılarla səfər matçında millimizin yeganə qolunu mən vurmuşdum. İnşaallah, cavab qarşılaşmasında da komandamızın qələbə topunu vurmaq mənə qismət olar."
Elçin CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
29 Aprel
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 62-ci iclasında çıxış edib - AÇIQLAMA...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
“Europorter”: Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur
29 Aprel
Baş Prokurorluq: Hərbi qulluqçumuzun mina partlayışında xəsarət alması ilə bağlı araşdırma aparılır ...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!