04 Oktyabr 2023 15:43
365
SİYASƏT
A- A+

Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir

 

Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı bütün məsələlər Azərbaycan tərəfi ilə birlikdə həll olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib: “Qarabağda Rusiya sülhməramlılarının qalması müddəti və digər məsələlər həmin ərazidə vəziyyətdən asılı olaraq Azərbaycan tərəfi ilə birlikdə həll ediləcək”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib ki, onun açılması üzərində işlər Baş nazirlərin müavinlərinin həmsədrliyi altında İşçi qrupu çərçivəsində davam edir.

M.Zaxarova deyib: “Ermənistanın Sünik vilayəti vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizi ilə bağlı qərar layihəsi nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvan ilə Bakı arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunması üzrə böyük potensialın olduğunu görürük. Əlbəttə, hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video