21 Yanvar 2022 16:04
374
SİYASƏT
A- A+

RF XİN rəhbəri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanmasında prioritet vəzifələri göstərib

Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş üçtərəfli razılaşmaların tam həcmdə həyata keçirilməsinin zəruriliyini əsas götürür.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib. 2021-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair mətbuat konfransı ilə əlaqədar KİV nümayəndələrinin suallarına RF XİN başçısının cavabları nazirliyin saytında dərc edilib.

S.Lavrov deyib: “Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq, regionda nəqliyyat kommunikasiyalarını və iqtisadi əlaqələri bərpa etməkdir. Bu istiqamətlərdə tərəqqiyə nail olmaq Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması işində əhəmiyyətli dərəcədə irəliləməyə imkan verəcək”.

Nazir daha sonra bildirib ki, bu il MDB üzvü olan dövlətlərin əksəriyyəti ilə, o cümlədən Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi qeyd ediləcəkr.

Diplomat daha sonra deyib: “Biz bu ölkələrin hər biri ilə silsilə yubiley tədbirləri hazırlayırıq. Bəzi tədbirlərin mədəni-maarif xarakteri daşıyacağını nəzərə alaraq, bunu əsas götürürük ki, həmin tədbirlər ictimaiyyət üçün də maraqlı olacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video