25 Yanvar 2024 13:08
545
İQTİSADİYYAT
A- A+
Rəqabət Məcəlləsinin tətbiqi antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq edəcək  

Rəqabət Məcəlləsinin tətbiqi antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq edəcək  

 

Rəqabət Məcəlləsinin qəbul edilməsi və tətbiqi ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, həmçinin məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.

Bu barədə AZƏRTAC-a Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov deyib.

O bildirib ki, iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasında yüksək rəqabətqabiliyyətliliyə malik olmaq mühüm əhəmiyyət kəsb edir. Çünki rəqabətqabiliyyətlilik iqtisadi səmərəliliyin qiymətləndirilməsinin əsas xüsusiyyətlərindən biri olmaqla, iqtisadiyyatın beynəlxalq inteqrasiyasının əsas göstəricilərindən və bir ölkənin dünya ölkələri içərisində gücünü müəyyən edən əsas meyarlardan hesab olunur.

Rəqabət Məcəlləsi 12 fəsildən və 84 maddədən ibarət olmaqla çox böyük əhəmiyyətə malikdir.

Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransın materialları işıq üzü görüb. Kitabda konfransda təmsil olunmuş qurumların adı, ön söz, konfrans iştirakçılarının çıxış və tezisləri, konfransın aktuallığı, mövcud nöqsanlar və zəifliklər, konfrans iştirakçıları tərəfindən ölkə iqtisadiyyatında haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması, sağlam rəqabət mühitinin formalaşdırılması üçün müvafiq qanunveriiclik bazasının təkmilləşdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə verilmiş 86 tövsiyə öz əksini tapıb. Tövsiyələr əsasən, auditor xidməti bazarında və vergi sistemində haqsız rəqabətə qarşı mübarizəyə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətlərinə, rəqabətqabiliyyətliliyin tədqiqi və qiymətləndirilməsinə, rəqabətqabiliyyətliliyin və dayanıqlılığın rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin formalaşdırılmasında ali təhsil sisteminin rolu və prioritet vəzifələrinə, büdcə xərclərinin təkmilləşdirilməsinin rəqabət mühitinə təsirlərinə, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsində marketinqin roluna dair verilib.

Tədbirdə ölkəmizin dövlət qurumlarının, sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, aparıcı elm-təhsil müəssisələrinin, habelə bir sıra ölkələrin peşəkar audit və mühasibatlıq qurumlarından ibarət 100-ə yaxın nümayəndə iştirak edib. Konfrans çərçivəsində rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış, dost vergi sistemi – inkişafın əsas amili kimi, peşəkar xidmətlər sahəsində rəqabətlilik, Azərbaycanda auditor xidməti bazarında rəqabət, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri, haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi, Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım məsələlərinə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi və geniş müzakirələr aparılıb.

Aparat rəhbərinin sözlərinə görə, konfransda müzakirələr bir daha azad iqtisadiyyatın ən mühüm prinsiplərindən birinin rəqabət qabiliyyətliliyin təmin edilməsi olduğunu sübut edib: “Vergi, gömrük, dövlət satınalmaları və iqtsadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təmini rəqabət mühitini gücləndirən amillərdir. Öz növbəsində sahibkarların da fəaliyyətlərini qanun çərçivəsində qurmaları güclü iqtisadiyyat üçün əsaslardan biridir. Sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını artırır. Eyni zamanda beynəlxalq rəqabət qlobal iqtisadiyyatda lider mövqeyə nail olmaq, onu saxlamaq və ölkənin beynəlxalq statusunu yüksəltmək istəyini nəzərdə tutur. İqtisadi modernləşmə iqtisadi amillərdə baş verən dəyişikliklərin məcmusudur. Aydındır ki, iqtisadi modernləşmə əsasən istehsal üsulu, əsas texnologiya və aparıcı sənayelər tərəfindən üstünlük təşkil edir. Rəqəmsal iqtisadiyyat əsasən istehsal amillərini optimallaşdırmaq və istehsal strukturunun modernləşdirilməsini təşviq etməklə iqtisadi strukturun transformasiyasını və modernləşdirilməsini həyata keçirir. Təsdiqlənmiş Rəqabət Məcəlləsinin ehtiva etdiyi müddəalar bir daha göstərir ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər 

18:16
21 May

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib  

18:01
21 May

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

17:57
21 May

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq  

17:51
21 May

FAO-nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib  

17:47
21 May

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar  

17:41
21 May

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub  

17:33
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

17:29
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!