Regionun gündəliyini müəyyənləşdirən Azərbaycandır
ABŞ Cənubi Qafqazın ən güclü ölkəsi ilə hesablaşır
"ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Bu bir daha sübuta yetirir ki, regionun gündəliyini müəyyənləşdirən Azərbaycandır. Cənubi Qafqazın ən güclü və inkişaf etmiş ölkəsi kimi Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin icra edilməsi mümkün deyil".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, ABŞ Azərbaycana və onun regionda tutduğu mövqeyə hörmətlə yanaşır və dəyərləndirir: "Dövlət katibi mütəmadi olaraq Prezident İlham Əliyevlə görüşür və telefon əlaqəsi yaradır. Bu gün Cənubi Qafqazın gündəliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən birbaşa asılıdır".
Deputat bildirdi ki, Prezident İlham Əliyev telefon danışığı zamanı Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılmasını, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanıldığını və sülh danışıqlarının davam etdirilməsinə razılığın əldə olunmasını Entoni Blinkenin diqqətinə çatdırdı. Müsahibimiz həmçinin yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda növbəti dəfə görüşəcəklərini və bu görüşdə əsas baza prinsipləri üzrə sülh danışıqlarında razılaşma ehtimalının böyük olduğunu bildirdi.
Azər Badamov onu da deyib ki, dövlətimizin başçısı Blinkenə həm də Azərbaycanla Ermənistan arasında əldə edilmiş müsbət nəticələrə yalnız birbaşa danışıqlar müstəvisində nail olunduğunu xüsusilə vurğulayıb: "Bu, prosesə kənar qüvvələr müdaxilə etməyəcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda, yəni COP29 beynəlxalq konfransına qədər sülh razılaşmasının ilkin variantının imzalana biləcəyi mənasını verir.
Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. ABŞ Dövlət katibi də öz növbəsində Azərbaycanla Ermənistan arasında aparılan birbaşa danışıqları və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımları dəstəklədiyini ifadə etdi".
Deputat yekunda vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-nin əsas tərəfdaşıdır: "Bu baxımdan dövlət rəhbərliyi səviyyəsində təmasların artması ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır. Bu, həm də regionda sülhün formalaşmasına töhfə verir".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
21 May
ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım a...
21 May
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarıl...
21 May
Hərbçilərimizin “EFES - 2024” çoxmillətli təlimdən FOTOLAR
21 May
Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir
21 May
Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb
21 May
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
21 May
BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV...
21 May
Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək ...
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!