26 İyun 2025 09:25
876
İQTİSADİYYAT
A- A+
Regional münaqişələr təhdid edir, xarici ticarətimiz duruş göstərir

Regional münaqişələr təhdid edir, xarici ticarətimiz duruş göstərir


Hazırda dünya özünün növbəti mürəkkəb və gərgin dövrünü yaşayır. İki qütbə bölünmüş güclər planetimizin müxtəlif yerlərində müharibə ocaqları yaratmaqla məşğuldurlar.

Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS regional münaqişəsi başa çatmamış İsrail-İran savaşı başladı. 12 gün ərzində bu iki ölkə bir-birinin başına od ələdi. İndi-indi sakitləşmək istəyirlər.

Buna baxmayaraq, dünya tikan üstündə oturub, hər an daha böyük savaş baş verə bilər. Və təbii ki, bütün bunlar dünya ticarətinə təsirsiz qalmır. İsrail-İran müharibəsi neftin qiymətinin bahalaşmasına səbəb olub. Ancaq bu artım hələlik kəskin hal almayıb. Bununla belə, mütəxəssislərin rəyinə görə, müharibə yenidən alovlanarsa, xüsusən Hörmüz boğazı bağlanarsa, neftin bir barelinin qiyməti 200 dollara qədər yüksələ bilər. Belə bahalaşma isə dünya iqtisadiyyatının çökməsi, inflyasiyanın yüksəlməsi, işsizliyin artması ilə nəticələnər. Söz düşmüşkən, artıq İran parlamenti boğazın bağlanması barədə qərar qəbul edib, qalır icrası.

Baş verən bu gərgin geosiyasi proseslər üzündən dünyada təchizat zəncirində və ixracda ciddi azalmalar müşahidə olunur. Ancaq Azərbaycan hazırda bu sahədə ən yaxşı durumda olan ölkələrdəndir. Belə ki, xarici ticarətdə saldo ölkəmizin xeyrinədir, yəni müsbətdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycan dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 101 ölkəyə məhsul ixrac, 150 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyhatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan  xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin 4 ayı ərzində xarici ticarət dövriyyəsinin dəyəri 16 milyard 419,1 milyon, o cümlədən ixracın dəyəri 8 milyard 286,2 milyon, idxalın dəyəri 8 milyard 132,9 milyon dollar təşkil etmiş, nəticədə 153,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 

Təbii ki, dünyadakı qeyd etdiyimiz gərginlik Azərbaycanın xarici ticarətindən  də yan keçməmişdir. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 18,2, real ifadədə 3 faiz azalmışdır. İdxal real ifadədə 21 faiz artmış, ixrac 8,7 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata görə, hesabat dövründə İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Birləşmiş Krallıq, ABŞ, Çexiya, Avstraliya, Yunanıstan, Rumıniya, İsveçrə, Gürcüstan, Qazaxıstan, Xorvatiya, Bolqarıstan, Meksika, İran, Portuqaliya, Özbəkistan, Ukrayna, Braziliya və Kanada əsas, o cümlədən ixracda İtaliya, idxalda isə Çin birinci ticarət tərəfdaşlarımız olmuşlar.

Bu aylar idxalda qiymətli metalların, maşın və mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, kimya sənayesi məhsullarının, hazır ərzaq malları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə, həmçinin ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil etmişdir. İxracın strukturunda isə xam neft, təbii qaz və neft-qaz məhsulları, eləcə də meyvə və tərəvəzlər, kimya sənayesi məhsulları, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər, şəkər və bitki yağlarının payı daha çox olmuşdur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!