30 May 2025 08:15
364
SİYASƏT
A- A+
Rəcəb Tayyib ƏRDOĞAN: "Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir"

Rəcəb Tayyib ƏRDOĞAN: "Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir"


Türkiyə ilə Azərbaycanı bir əsrin deyil, minillərin sevinci, kədəri, oxşar taleyi və bir olan tarixi kökləri birləşdirir. Bu iki ölkə zaman-zaman ən çətin məqamlarda bütün dünyaya əsl birlik və qardaşlıq nümunəsi göstəriblər. Adət-ənənəsi, dili və dini bir olan xalqı nə qanlı müharibələr ayıra bilib, nə də SSRİ adlı qanlı imperiyanın ölüm qoxulu repressiyaları qorxuda bilib. 

Təsadüfi deyil ki, türkün böyük oğlu Mustafa Kamal Atatürk xalqlarımız arasında münasibətdən bəhs edərkən "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" demişdir. Xalqlarımızın ruhundan süzülüb gələn bu sözlər illərin sınağından çıxmış birliyin, qardaşlığın ifadəsidir. Ən çətin günümüzdə, ən xoş saatlarımızda da türk xalqını və Türkiyə dövlətini yanımızda görmüşük. İllərlə yollarımızı bağlasalar da, birliyimizi pozmaq üçün min oyundan çıxsalar da, ruhumuzu "zəncirləyə" bilməyiblər. 70 ildən sonra Azərbaycan öz  müstəqilliyini bərpa edəndə də  onu ilk tanıyan, arxasında duran Türkiyə oldu. 

Türkün gücü birliyindədir. Ölkələrimiz arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Bu gün Türkiyə ilə  Azərbaycan ortaq ideallar ətrafında birləşərək bütün türk dünyasının gələcəyini  birlikdə qurur. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə zərgər dəqiqliyi ilə verilən ən yüksək qiymətdir. Tarixi ənənələrə söykənən Türkiyə və Azərbaycan münasibətləri bu gün Ulu Öndər Heydər Əliyevin göstərdiyi ideya və prinsiplərə uyğun olaraq daha da möhkəmlənməkdədir.

Bu gün iftixarla deyə bilərik ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlər iki ölkə arasında yüksəksəviyyəli dialoqa və strateji müttəfiqliyə səbəb olub. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun inkişafına mühüm töhfələr verib. Bakı-Tbilisi-Ceyhan neft  kəməri  Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan təhlükəsiz enerji dəhlizi kimi regional sabitliyə və əməkdaşlığa səbəb olub. Trans-Anadolu  Qaz Boru Kəməri Azərbaycan qazını Türkiyə üzərindən Avropaya nəql etməklə türk dünyasını qlobal enerji arxitekturasında mühüm mövqeyə çıxarıb. 

2020-ci ilin sentyabrında Ermənistanın torpaqlarımıza növbəti təcavüzü ilə başlayıb Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra bölgədə uzun illər davam edən qeyri-sabitliyə son qoyuldu. Bunun ardınca - 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Sənəddə təsbit olunan strateji müttəfiqlik özündə qardaş dövlətlər arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq. 

Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə etmişdir: "Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır".

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 2025-ci il mayın 28-də ölkəmizdə səfərdə olarkən  demişdir: "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq. Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq". Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1918-ci ildə Azərbaycanda yaradılmış cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir. Prezident Rəcəb Tayyib Ərdoğan demişdir: "1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".

Bu gün Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının, eləcə də digər mühüm obyektlərin açılışlarında birgə iştirakları işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinin sürətləndirilməsinə verilən böyük önəmin göstəricisidir. Prezident İlham Əliyev və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın mayın 28-də açılışını etdikləri Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir. Ümumi ərazisi 130 hektardan çox olan hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin  genişləndirilməsində mühüm rol oynayacaq. Qeyd edək ki, indiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan hava limanları da inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı 9-a çatıb. 

Xatırladaq ki, Laçın Hava Limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Ötən müddət ərzində dövlət başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

 Prezidentlər İlham Əliyev və  Rəcəb Tayyib Ərdoğan birlikdə türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan "Dost Aqropark"da istehsal edilən məhsullarla da tanış olublar. Kompleksdə "ağıllı kənd təsərrüfatı" texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Kompleks tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

Dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometrə endirəcək. Bütün bunlarla tanış olan Türkiyə dövlətinin başçısı ölkəmizin uğurlarını belə qiymətləndirmişdir: "Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!