07 May 2024 23:00
349
İDMAN
A- A+

Rafiq Hüseynov: Hər birimiz İstanbula lisenziya üçün gedirik

Hər birimiz İstanbuldakı turnirə lisenziya qazanmaq üçün gedirik. Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

Türkiyənin İstanbul şəhərində Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan millisi barədə danışan idmançı yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Təlim-məşq toplanışlarında verilən tapşırıqları yerinə yetirdik. Hazırlıqlarımız yüksək səviyyədə keçdi. Bakıdakı təsnifat turniri ilə müqayisədə İstanbulda 3 çəki dərəcəsində fərqli güləşçilərimiz mübarizə aparacaqlar. Tək Murad Əhmədiyev (97 kq) ötən yarışda olduğu kimi Azərbaycanı təmsil edəcək. Digər çəkilərdə iştirak edəcək idmançılar dəyişib. Buna görə nəticələrin necə olacağını indidən demək çətindir. Əlimzdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, Azərbaycanı mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizə olimpiya lisenziyası qazandırmağa çalışacaqlar.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) mübarizə aparacaqlar.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video