24 Dekabr 2014 10:12
1554
DÜNYA
A- A+
Qüsursuz qüsurlular

Qüsursuz qüsurlular

Dünyadan heç yaşamamış kimi ayrılan o qədər insan var ki, arxasınca nə bir iz, nə bir əsər, nə də bir ad qoya bilirlər. Elə insanlar da var ki, qüsurlu, xəstə, əlil olmalarına rəğmən adlarını tarixə yazaraq, özlərindən yüz illər boyu bəhs etdirə bilirlər.


Luis Brayl  — 4 yanvar 1809-cu ildə Fransada doğuldu. Uşaqlıq illərində atasının çalışdığı ayaqqabı təmir atelyesində bir bıçaqla dəriləri kəsməyə çalışarkən, bıçaq əlindən sürüşərək sol gözünə batdı. Atası Luisi həkimə aparmaq yerinə məhəllədə olan bir qadının yanına apardı və bu qadının tətbiq etdiyi səhv müalicə nəticəsində Luis iki gözünü də itirdi. 
Luis Brayl məktəb çağına gəldiyində Parisdəki korlar məktəbinə göndərildi. Bu məktəbdə görmə əlillər təhsili yalnız qulaq yoluyla və əzbərləmə üsuluyla keçirdilər. 
Luis məktəbə girdiyi andan etibarən bu üsulların kitab oxumaq üçün kifayət etmədiyini bilirdi. O, gecələri çalışıb yalnız nöqtələrdən ibarət olan bir əlifba yaradaraq görmə qüsurlu insanlara əvəzolunmaz bir hədiyyə vermiş oldu. 
Təəssüf ki, 1852-ci ildə həyata vida edən Luis əlifbasının qəbul edildiyini öyrənə bilmədi. Brayl əlifbası rəsmi olaraq 1854-ci ildə Fransada qəbul edildi və tətbiq olunmağa başladı. 

Brayl əlifbası nədir? Altı nöqtənin müxtəlif düzümü ilə hərfləri təmsil etdiyi bir əlifbadır. Görmə əlilli insanlar barmaq uclarıyla toxunaraq bu nöqtələrin hansı hərfə uyğun gəldiyini anlayır. Qabartma metodundan istifadə edildiyi üçün asan və rahat istifadə edilir.


1977-ci ildə hələ 18 yaşındaykən sümük xərçəngi diaqnozu qoyulan və bunun nəticəsində bir ayağı dizindən kəsilən Kanadalı Terri Fox, bu xəstəliyi məğlub etməyin yolunun xərçəng araşdırmalarında olduğuna inandı və bu araşdırmalara dəstək olmaq məqsədiylə qaçmağa qərar verdi. Terri Fox taxma qıçına baxmayaraq 12 Aprel 1980-ci ildə "Ümid qaçışı" (başqa adla "Ümid Marafonu") na başladı və sonrakı 143 gün ərzində gündə, orta hesabla 42 kilometr qaçmağı bacardı. Xəstəliyin ağciyərlərinə yayılması səbəbiylə 1 Sentyabr 1980-ci ildə marafonu kəsmək məcburiyyətində qalan Terri Fox, 28 İyun 1981-ci ildə həyatını itirdi. Ölümündən sonra bir əfsanə olan Terry Foxun xatirəsinə hər il bir çox ölkədə «Umut qaçışı» təşkil olunur və əldə olunan gəlirin hamısı xərçəng xəstəliyi araşdırmalarına xərclənir. 

Xoakin Rodriqo Vidre — İspan bəstəkarı, 1901-ci ilin 22 sentyabrında Valensiyada dünyaya gəlmişdir. Rodrigo 3 yaşında ikən difteriya epidemiyasında gözlərini itirmiş bir pianoçudur. Gitara çalmağı yaxşı bilmədiyi halda gitara üçün bu gözəl konçertoyu yaratmış və bütün əsərlərini Brayl əlifbası ilə yazmışdır.
Səkkiz yaşında solfecio, fortepiano və skripka təhsilinə başlayır. On altı yaşında harmoniya və kompozisiya dərsləri alır. Repertuarındakı əsərləri üçün universal musiqi aləti kimi daha çox gitaradan istifadə etsə də, gözlənilənin əksinə olaraq, ispan gitarasını çox da yaxşı çala bilməmişdir.


Stiven Hokinq — 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini
 bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinq, müalicəsi olmayan ALS (mərkəzi sinir sistemində motor hüceyrələrin (neyronların) ömürlük itirilməsi) xəstəliyinə tutuldu. Buna baxmayaraq işlərinə davam etdi. Nisbilik nəzəriyyəsi ilə Kvant mexanikasından faydalanaraq qara dəliklərin xassələrini nəzəri olaraq aşkar etdi. Çalışmaları klassik termodinamika ilə Kvant mexanikasının qanunları arasındakı əlaqəni tapdığı üçün əhəmiyyətlidir. 
1985-ci ildə Stiven boğazında keçirilən əməliyyatdan sonra danışmaq qabiliyyətini itirir. Həmin dövrdən bəri fizik alim ətrafdakı insanlar ilə əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.
Fizikaya verdiyi töhfələrinə görə çox mükafat qazanan Hokinq, hal-hazırda Lukasian professorluğu vəzifəsini tutur.

Stiven Hokinq Eynşteyndən bu yana dünyaya gələn ən parlaq nəzəri fizikaçı olaraq qəbul edilən riyaziyyat professorudur. 
 
 
http://kayzen.az/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!