Luis Brayl
— 4 yanvar 1809-cu ildə Fransada doğuldu. Uşaqlıq illərində atasının çalışdığı ayaqqabı təmir atelyesində bir bıçaqla dəriləri kəsməyə çalışarkən, bıçaq əlindən sürüşərək sol gözünə batdı. Atası Luisi həkimə aparmaq yerinə məhəllədə olan bir qadının yanına apardı və bu qadının tətbiq etdiyi səhv müalicə nəticəsində Luis iki gözünü də itirdi. Luis Brayl məktəb çağına gəldiyində Parisdəki korlar məktəbinə göndərildi. Bu məktəbdə görmə əlillər təhsili yalnız qulaq yoluyla və əzbərləmə üsuluyla keçirdilər.
Luis məktəbə girdiyi andan etibarən bu üsulların kitab oxumaq üçün kifayət etmədiyini bilirdi. O, gecələri çalışıb yalnız nöqtələrdən ibarət olan bir əlifba yaradaraq görmə qüsurlu insanlara əvəzolunmaz bir hədiyyə vermiş oldu.
Təəssüf ki, 1852-ci ildə həyata vida edən Luis əlifbasının qəbul edildiyini öyrənə bilmədi. Brayl əlifbası rəsmi olaraq 1854-ci ildə Fransada qəbul edildi və tətbiq olunmağa başladı.
Brayl əlifbası nədir? Altı nöqtənin müxtəlif düzümü ilə hərfləri təmsil etdiyi bir əlifbadır. Görmə əlilli insanlar barmaq uclarıyla toxunaraq bu nöqtələrin hansı hərfə uyğun gəldiyini anlayır. Qabartma metodundan istifadə edildiyi üçün asan və rahat istifadə edilir.
1977-ci ildə hələ 18 yaşındaykən sümük xərçəngi diaqnozu qoyulan və bunun nəticəsində bir ayağı dizindən kəsilən Kanadalı Terri Fox, bu xəstəliyi məğlub etməyin yolunun xərçəng araşdırmalarında olduğuna inandı və bu araşdırmalara dəstək olmaq məqsədiylə qaçmağa qərar verdi. Terri Fox taxma qıçına baxmayaraq 12 Aprel 1980-ci ildə "Ümid qaçışı" (başqa adla "Ümid Marafonu") na başladı və sonrakı 143 gün ərzində gündə, orta hesabla 42 kilometr qaçmağı bacardı. Xəstəliyin ağciyərlərinə yayılması səbəbiylə 1 Sentyabr 1980-ci ildə marafonu kəsmək məcburiyyətində qalan Terri Fox, 28 İyun 1981-ci ildə həyatını itirdi. Ölümündən sonra bir əfsanə olan Terry Foxun xatirəsinə hər il bir çox ölkədə «Umut qaçışı» təşkil olunur və əldə olunan gəlirin hamısı xərçəng xəstəliyi araşdırmalarına xərclənir. Xoakin Rodriqo Vidre
— İspan bəstəkarı, 1901-ci ilin 22 sentyabrında Valensiyada dünyaya gəlmişdir. Rodrigo 3 yaşında ikən difteriya epidemiyasında gözlərini itirmiş bir pianoçudur. Gitara çalmağı yaxşı bilmədiyi halda gitara üçün bu gözəl konçertoyu yaratmış və bütün əsərlərini Brayl əlifbası ilə yazmışdır.Səkkiz yaşında solfecio, fortepiano və skripka təhsilinə başlayır. On altı yaşında harmoniya və kompozisiya dərsləri alır. Repertuarındakı əsərləri üçün universal musiqi aləti kimi daha çox gitaradan istifadə etsə də, gözlənilənin əksinə olaraq, ispan gitarasını çox da yaxşı çala bilməmişdir.
Stiven Hokinq — 1942-ci ildə Oksfordda anadan olmuşdur. 1962-ci ildə Oksford Universitetini bitirmiş və nəzəri fizika ilə məşğul olmağa başlamışdır. Elə həmin dövrdə Hokinq, müalicəsi olmayan ALS (mərkəzi sinir sistemində motor hüceyrələrin (neyronların) ömürlük itirilməsi) xəstəliyinə tutuldu. Buna baxmayaraq işlərinə davam etdi. Nisbilik nəzəriyyəsi ilə Kvant mexanikasından faydalanaraq qara dəliklərin xassələrini nəzəri olaraq aşkar etdi. Çalışmaları klassik termodinamika ilə Kvant mexanikasının qanunları arasındakı əlaqəni tapdığı üçün əhəmiyyətlidir. 1985-ci ildə Stiven boğazında keçirilən əməliyyatdan sonra danışmaq qabiliyyətini itirir. Həmin dövrdən bəri fizik alim ətrafdakı insanlar ilə əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O bu sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ alinin şəhadət barmağı vasitəsi ilə verir.
Fizikaya verdiyi töhfələrinə görə çox mükafat qazanan Hokinq, hal-hazırda Lukasian professorluğu vəzifəsini tutur.
Stiven Hokinq Eynşteyndən bu yana dünyaya gələn ən parlaq nəzəri fizikaçı olaraq qəbul edilən riyaziyyat professorudur.
