18 İyul 2021 01:52
1006
CƏMİYYƏT
A- A+
Qurban bayramı həm də niyyət bayramıdır

Qurban bayramı həm də niyyət bayramıdır

 

Bu müqəddəs günü müsəlmanlar sosial yardımlaşma, həmrəylik rəmzi kimi yaşadırlar

 

Hər xalqın milli, xəlqi adət-ənənələri var. Bu adət-ənənələr zaman-zaman düşüncələrdə, ürəklərdə, həyatda sədaqətlə qorunub yaşadılıb, əmanət kimi sonrakı nəsillərə ötürülüb. Xalq ona görə güclü olur ki, zaman anlamında dünənlərini unutmur. Xalqımız belələrindəndir.

Adət-ənənələrimizin bəziləri xalqımızın var olmasıyla yaşıddır, bəziləri həyat, yaşam uğrunda mübarizələrdə qazanılıb, bəziləri isə inanclarla, dini-etiqadlarla bağlıdır. Bütün hallarda malik olduğumuz dəyərlər yaşadılır, yaşadılacaq.

Din əsasən, həyat tərzidir. Səmavi dinlərin sonuncusu olan islam insanlara dürüstlük, halallıq, yüksək əxlaq, davranış normaları aşılayır. Bu baxımdan islam dini ona iman gətirən bütün xalqların həyata baxışının əsasını müəyyənləşdirir.

XV əsrdir ki, inancımızın iman yolundayıq. Müsəlmanlığın fəzilətləriylə yaşayırıq. Dünyanın neçə-neçə tanınmış şəxsiyyətlərinin islamı qəbul etməsi onun mütərəqqi din olduğunun təsdiqidir. İslam dini dünyanı duruluğa, saflığa, bəşəriliyə yönəldən yeganə dindir. Azərbaycanda islam dininin ənənələri sədaqətlə yaşadılmaqdadır. Respublikamızda islam dininin sütunları olan bayramlar - Ramazan, Qurban dövlətin təsis etdiyi rəsmi bayramlardır.

Dünya müsəlmanlarının mənəvi dünyasını nurlandıran Qurban bayramı min illərdir dini inancı islam olan dövlətlərdə və digər ölkələrdə yaşayan müsəlmanlar arasında həmrəylik, qardaşlıq rəmzi kimi yaşadılır. Qurban bayramı İsmayıl qurbanı adı ilə də anılır. Bu bayram min illərdir islam dininin humanizm, bərabərlik, qardaşlıq, paylaşma duyğularına sədaqət kimi ehtiramlarla anılmaqdadır.

Sovet imperiyası Azərbaycanı ilhaq etdikdən sonra islam dininə qarşı qadağalar belə, xalqın inancının üstündə “yel əsdirə bilmədi”. Neçə-neçə din xadimi sürgün edilsə də, məscidlər kolxozların anbarlarına çevrilsə də, dağıdılsa da xalq inancını, dini adət-ənənələrini bütün çalarları ilə yaşatdı, qorudu. Məscidlərdən azan səsi gəlməsə də, könüllərdə bu səs qorunub yaşadıldı. Bu gün Azərbaycan islami dəyərləri sədaqətlə yaşadan dövlətlərdən biridir.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra sovet imperiyasının qadağaları da sovuşdu. Xalq zaman-zaman siyasi repressiyalardan qoruduğu inanclarını, adətlərini “işıq üzünə” çıxartdı. Xalq inanclarını həm də dövlətin himayəsi ilə icra etmək imkanı qazandı.

Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikamızda dini bayramlar da dövlət səviyyəsində qeyd edilməyə başladı. Qadağalar səksəkəsindən qurtaran xalq həyatın azadlıq havasını dini inanclarla qoşa yaşatmağa başladı. Ulu Öndər adətlərimizə, ənənələrimizə yeni yaşam verdi. Yeni yaşam qazanan bayramlardan biri də Qurban bayramı oldu. Ulu Öndər hər il qeyd edilən bu bayramda xalqı təbrik edirdi, Qurban bayramını məcburi köçkünlərlə birgə keçirirdi ki, bu da bayramın mahiyyətinə ən böyük azərbaycanlının ruhən verdiyi böyük töhfə olurdu. Xalq dahi rəhbərin istər islam dininə, istər vətəndaşlara verdiyi dəyəri ən gözəl bayramlaşma bilirdi, bayramlaşmanın mahiyyətini Ulu Öndərdən öyrənirdi.

Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də dövlət bayramlarını xalqla birlikdə qeyd edir. Hər bayramda, o cümlədən Qurban bayramında xalqa təbrikini çatdırır. Ən ülvi arzularını bildirən dövlət başçısının təbrikləri isə xalqımız tərəfindən milli mentalitetimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir. Prezident

İlham Əliyevin ölkəmizdə 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi də dövlət başçısının bu dəyərlərə verdiyi qiymətin əyani təzahürüdür.

Azərbaycanın müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafında, tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində böyük xidmətləri olub, bundan sonra da olacaq. Ölkəmiz islam dünyasında böyük nüfuza malikdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan islam mədəniyyətinin paytaxtı elan olundu. 2017-ci ildə Bakıda IV islam Həmrəyliyi Oyunları keçirildi. Bütün bunlar isə özlüyündə islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində Azərbaycana etimad deməkdir.

İllərdir qeyd etdiyimiz Qurban bayramı da xalqımızın əziz bayramlarından biridir. Hətta ölkəmizdəki müxtəlif dini konvensiyaların nümayəndələri də Qurban bayramının böyük fəzilətlərinə, bu bayramın mahiyyətinə böyük ehtiramla yanaşırlar. Qurban bayramı mütərəqqi milli-mənəvi dəyərlər sistemində sosial yardımlaşma, xeyirxahlıq duyğuları kimi yaşadılır.

İslam dininin fəzilətlərini yaşadan Azərbaycanda Vətən məfhumu da dini müqəddəslik səviyyəsində yaşadılır. İslamda şəhidliyin necə yüksək zirvə olduğunu bütün çalarları ilə dərk edən döyüşçülərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə ikinci Qarabağ müharibəsində Vətən naminə şəhadətə getdilər, torpaqlarımızı işğaldan azad etdilər. Onların şəhidliyi ilə azad edilmiş Qarabağda, mədəniyyətimizin paytaxtı Şuşada, Cıdır düzündə qurbanlar kəsiləcək, dualar oxunacaq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!